Çölə 12 min ton portağal qabığı tökdülər - 16 il sonra gördükləri MƏNZƏRƏ HEYRƏTLƏNDİRDİ
Kosta-Rikada kənd təsərrüfatı tullantılarının təbiətə faydalı şəkildə qaytarılması məqsədilə həyata keçirilən qeyri-adi layihə 16 il sonra gözlənilməz nəticə verib.
Sonxeber.az "yenisabah.az"a istinadla xəbər verir ki, hadisə 1997-ci ildə Kosta-Rikanın Quanakaste Milli Parkında baş verib.
Ekoloqlar Daniel Janzen və Vinni Hallvaks maldarlıq səbəbindən yararsız hala düşmüş torpaq sahəsini yenidən canlandırmaq üçün sitrus meyvələri istehsal edən şirkətlə əməkdaşlığa başlayıblar.
Layihə çərçivəsində meyvə şirəsi zavodundan çıxan təxminən 12 min ton portağal qabığı 3 hektarlıq əraziyə tökülüb. Məqsəd qabıqların zamanla çürüyərək torpağı üzvi maddələrlə zənginləşdirməsi olub.
16 il sonra tədqiqatçılar əraziyə qayıdanda böyük dəyişikliklə qarşılaşıblar. Vaxtilə quraq və yararsız olan sahə sıx meşəyə çevrilib. Burada iri ağaclar bitib, zəngin bitki örtüyü formalaşıb və müxtəlif canlı növləri üçün əlverişli mühit yaranıb.
Mütəxəssislər müəyyən ediblər ki, portağal qabığı tökülən ərazidə torpağın qida maddələri və üzvi maddə ilə zənginliyi, qabıq tökülməyən qonşu sahələrlə müqayisədə xeyli artıb.
Alimlərin sözlərinə görə, portağal qabıqları çürüdükcə torpağın quruluşunu yaxşılaşdırıb, faydalı mikroorqanizmlərin və həşəratların çoxalmasına, yerli bitkilərin sürətlə inkişaf etməsinə şərait yaradıb. Eyni zamanda, yaranan qalın üzvi təbəqə zərərli alaq otlarının yayılmasının da qarşısını alıb.
Mütəxəssislər bildirirlər ki, hər ekosistemdə eyni nəticəni gözləmək olmaz. Bununla belə, Kosta-Rikada aparılan bu təcrübə üzvi tullantıların düzgün istifadə edildiyi halda təbiətin bərpasına ciddi töhfə verə biləcəyini göstərib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 10640 Tarix: 16 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ailə davranışları uşaqları məktəbdə zorakılığa sövq edir - ARAŞDIRMA
Valideynlərin uşaqlarına tez-tez dediyi "Sənə vurana sən də vur", "Özünü əzdirmə" kimi ifadələr onların münaqişələri zorakılıq yolu ilə həll etməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, ailədə fiziki şiddət, sərt tərbiyə üsulları və uşağa qarşı emosional laqeydlik məktəbd
26 noyabrİlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ
İlbiz yumurtalarından hazırlanan "ağ kürü" dünya bazarında yüksək qiymətə alıcı tapır. xarici KİV-ə istinadən xəbər verir ki, "Googlis" kimi tanınan quru ilbizlərinin yumurtalarından əldə edilən bu məhsul həm lüks restoranlarda, həm də kosmetika sənayesində istifadə olunur. İstehsal
27 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrYeni canlı növü kəşf edildi
Alimlər təxminən 10-13 milyon il əvvəl Şimali Amerikada yaşamış, uzun boynu və dörd santimetrə çatan iti köpək dişləri ilə seçilən yeni dəvə növünü müəyyən ediblər. Qorxunc görünüşünə görə "vampir dəvəsi" adlandırılan bu heyvan bitkilərlə qidalanıb. "Qafqazinfo" xəbər verir ki, "Vampyrocamelu
26 noyabr"Avatar"ın növbəti iki filmi bu tarixlərdə yayımlanacaq
"Avatar" franşizasının növbəti iki filminin nə vaxt ekranlara çıxacağı bəlli olub. Axşam.az xəbər verir ki, rejissor Ceyms Kemeronun məşhur fantastik film seriyasının dördüncü hissəsi 2029-cu il dekabrın 21-də, beşinci filmi isə 2031-ci il dekabrın 19-da tamaşaçılara təqdim olunacaq. Məluma
28 noyabrKöhnə telefonları enerji yığmağa qoyarkən yaranan təhlükələr açıqlandı
"Köhnə telefonu şarj cihazına qoşduğunuz zaman onun yanma ehtimalı var. Bunun əsas səbəbi elektronikanın nasazlığı və batareyanın zədələnməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına telefon təmiri üzrə mütəxəssis Mixail İsrapilov deyib. "Batareya daim köhnəlir. Heç bir istifadə olmas
29 noyabrSəhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Səhər yeməyində şəkərli çay içmək bir çox insanın gündəlik vərdişidir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, çaya həddindən artıq şəkər əlavə etmək uzunmüddətli perspektivdə sağlamlığa mənfi təsir göstərə bilər. xəbər verir ki, xüsusilə acqarına çox şəkərli çay içmək qanda qlükozanın sürətlə yüksəlməsin
22 noyabrDünyada ən çox oxunan kitablar - Milyonların sevimli əsərləri
Dünya ədəbiyyatında elə kitablar var ki, əsrlər keçsə də, populyarlığını itirmir. Bəzi əsərlər yüz milyonlarla nüsxə satılaraq dünyanın ən məşhur kitabları sırasına daxil olub. xəbər verir ki, dünyada ən geniş yayılan kitablar arasında Bibliya xüsusi yer tutur. Müxtəlif dillərdə milyardlarla nüsxəs
22 noyabr