Qarayara xəstəliyi insana belə keçir - Həkimdən XƏBƏRDARLIQ

Qarayara xəstəliyi insana belə keçir - Həkimdən XƏBƏRDARLIQSamux rayonunda qarayara xəstəliyinin qeydə alınması əhali arasında xəstəliyin yoluxma yolları və mümkün risklərlə bağlı narahatlıq yaradıb. AQTA, Səhiyyə Nazirliyi və TƏBİB-in məlumatına görə, hadisə üzrə ilkin epidemioloji araşdırmada şübhəli şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib və xəstəlik əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçir.

Bəs, qarayara insan üçün hansı riskləri yaradır, xəstəlik insandan insana keçə bilərmi, əsas yoluxma mənbələri hansılardır və vətəndaşlar, xüsusilə heyvanlarla təmasda olan şəxslər, xəstəlikdən qorunmaq üçün hansı tədbirlərə əməl etməlidirlər?
Qarayara xəstəliyi insana belə keçir - Həkimdən XƏBƏRDARLIQMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, qarayara və ya Sibir xorası, rus dilində "Sibirskaya yazva" adlandırılan, bakteriyaların törətdiyi xüsusi təhlükəli infeksiyadır.

"Qarayara zoonoz infeksiyadır, yəni heyvanlardan insanlara keçə bilir. Xəstəliyin törədicisi ətraf mühitə, torpağa və suya düşdükdə illərlə spor şəklində qala bilir. İnsan və ya heyvan orqanizminə düşdükdə isə fəallaşaraq xəstəliyə səbəb olur. Vəhşi təbiətdə bəzən bir populyasiyada, məsələn, eyni ərazidə yaşayan yüzlərlə heyvan arasında qarayaradan kütləvi tələfat baş verə bilər. Yoluxmuş heyvanın ağız suyu, yaralarından gələn ifrazatlar və digər bioloji mayelərində xəstəliyin törədiciləri ola bilər. Bu səbəbdən həmin heyvanlara qulluq edən şəxslərin də yoluxma riski var".

Ekspert bildirib ki, insanda xəstəlik zamanı dəridə yara əmələ gəlir və yaranın ortası qara ərp və ya qartmaqla örtülür:

"Xəstəliyin ilkin əlamətləri qripə bənzəyə bilər: üşütmə, halsızlıq, zəiflik, baş və bel ağrıları, yüksək hərarət. Lakin sonradan vəziyyət ağırlaşa, arterial təzyiq düşə və şok yarana bilər. Qarayara həmçinin bioloji silah kimi istifadə oluna bilən təhlükəli infeksiyalardan biridir. Buna görə belə hallar aşkarlandıqda yoluxmanın qarşısının alınması üçün dərhal müvafiq tədbirlər görülür və zəruri hallarda karantin tətbiq olunur".

Onun sözlərinə görə, xəstəlik əsasən yoluxmuş heyvanlarla təmas nəticəsində insanlara keçir:

"Böyük epidemiyalara səbəb olmasa da, vaxtında tədbirlər görülməsi vacibdir. Xəstələnmiş şəxslərin müalicəsində antibakterial preparatlardan, o cümlədən antibiotiklərdən istifadə olunur. Yoluxmuş heyvanlarla bağlı isə müvafiq baytarlıq tədbirləri həyata keçirilir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 577   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanmas

17 avqust
.

Bahalı avtomobil alarkən bunlara diqqət etmək lazımdır - Ekspert AÇIQLADI

Lüks avtomobil alarkən yüksək alış qiyməti ilə yanaşı, sonrakı texniki xidmət və təmir xərcləri də nəzərə alınmalı əsas məsələlərdəndir. Xüsusilə işlənmiş premium avtomobillərdə mühərrik, sürətlər qutusu, elektron sistemlər, pnevmatik və adaptiv asqı kimi mürəkkəb komponentlər yarandıqda təmir xərclər

17 avqust
.

Avqustda güclü külək YENİDƏN QAYIDIR - Son 10 ilin statistikası nə deyir?

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i üçün Bakı və Abşeron yarımadası, eləcə də ölkənin bir sıra bölgələri üzrə sarı xəbərdarlıq elan etməsi yay mövsümündə güclü küləklərin nə dərəcədə adi hala çevrildiyi sualını yenidən gündəmə gətirib. xəbər verir ki, Xidmətin yaydığı məlumata görə, Bakıd

16 avqust
.

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi VAXT BİLİNDİ

Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə -ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir

16 avqust
.

"General-leytenant" rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Babək Mürsəl oğlu Ələkbərova "general-leytenant" ali hərbi rütbəsi verilib. Babək Ələkbərovun dosyesini təqdim edir. Babək Mürsəl oğlu Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı

17 avqust
.

Orden alanlar arasında ildırım vurması nəticəsində həlak olan hərbçilər də var - FOTO

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəfl

17 avqust
.

Bakıda axşam konsertləri davam edir - Fotolar

Ötən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. xəbər verir ki, ötən gün yenidən paytaxtın dörd rayonunda sakinlərimizin və şəhərin çoxsayl

17 avqust
.

Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edi

16 avqust
.

Hava niyə vaxtından tez soyudu? -Açıqlama

Avqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir. Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?. Ekolo

16 avqust