İrpendən gələn yüksək qiymət: Azərbaycanın uğurlu xarici siyasət kursunun yeni göstəricisi

İrpendən gələn yüksək qiymət: Azərbaycanın uğurlu xarici siyasət kursunun yeni göstəricisiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və Azərbaycan-Ukrayna münasibətlərinin inkişafının diqqətçəkən göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

Bu addım, ilk növbədə, Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl, çevik və milli maraqlara əsaslanan xarici siyasət kursuna verilən yüksək qiymətin ifadəsidir. Son illərdə Azərbaycan müxtəlif dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirərək beynəlxalq arenada etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib.

İrpen şəhəri ilə bağlı məsələ isə xüsusi humanitar məna daşıyır. Ukraynanın ağır sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycanın bu şəhərə göstərdiyi diqqət və dəstək ölkəmizin humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. İrpendə Azərbaycanın iştirakı ilə həyata keçirilən bərpa və humanitar təşəbbüslər iki xalq arasında həmrəylik və dostluq münasibətlərinin mühüm nümunəsidir.

Prezident İlham Əliyevin xarici siyasət strategiyasının əsas xüsusiyyətlərindən biri Azərbaycanın milli maraqlarının qətiyyətlə qorunması ilə yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan bu siyasət nəticəsində müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı münasibətlər qurub, regional və qlobal əhəmiyyətli layihələrdə fəal iştirak edib.

Ölkəmizin enerji, nəqliyyat, logistika və humanitar sahələrdə irəli sürdüyü təşəbbüslər Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini artırır. Xüsusilə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu ölkəmizin geosiyasi əhəmiyyətini daha da yüksəldib.
Azərbaycanın Ukrayna ilə münasibətləri də bu ümumi xarici siyasət xəttinin mühüm istiqamətlərindən biridir. İkitərəfli əlaqələrin siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilməsi qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. İrpen şəhərinin Azərbaycan Prezidentinə verdiyi fəxri vətəndaşlıq statusu da bu münasibətlərin ictimai və humanitar müstəvidə əks-sədası kimi diqqət çəkir.

Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın xarici siyasəti yalnız diplomatik görüşlər və siyasi bəyanatlarla məhdudlaşmır. Konkret humanitar layihələr, bərpa təşəbbüsləri və xalqlar arasında əlaqələrin gücləndirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir. İrpen nümunəsi də məhz belə yanaşmanın göstəricilərindən biri kimi ortaya çıxır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirməklə yanaşı, milli maraqlarını qoruyan, müstəqil qərarlar qəbul edən və tərəfdaşları ilə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verən dövlət kimi çıxış edir.

"İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi bu baxımdan yalnız bir fəxri adın verilməsi deyil, həm də Azərbaycanın humanitar siyasətinə və beynəlxalq əməkdaşlıq xəttinə verilən ictimai qiymət kimi dəyərləndirilə bilər.
Bu hadisə bir daha göstərir ki, Azərbaycanın düşünülmüş və məqsədyönlü xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, dost və tərəfdaş dövlətlərlə əlaqələrin genişlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına və ölkəmizin qlobal proseslərdə rolunun artmasına xidmət edir.

Bəhruz Quliyev, Səs qəzetinin baş redaktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 310   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr