Bahalı avtomobil alarkən bunlara diqqət etmək lazımdır - Ekspert AÇIQLADI

Bahalı avtomobil alarkən bunlara diqqət etmək lazımdır - Ekspert AÇIQLADILüks avtomobil alarkən yüksək alış qiyməti ilə yanaşı, sonrakı texniki xidmət və təmir xərcləri də nəzərə alınmalı əsas məsələlərdəndir. Xüsusilə işlənmiş premium avtomobillərdə mühərrik, sürətlər qutusu, elektron sistemlər, pnevmatik və adaptiv asqı kimi mürəkkəb komponentlər yarandıqda təmir xərcləri ciddi məbləğlərə çata bilər.

Bəs, hansı lüks avtomobillər etibarlılıq və saxlanma xərcləri baxımından daha risklidir, alıcı avtomobili əldə etməzdən əvvəl mühərrik, yürüş, elektronika, kuzov və digər əsas sistemləri necə yoxlatdırmalı və sonradan gözlənilməz böyük xərclərlə üzləşməmək üçün hansı məqamlara xüsusi diqqət yetirməlidir?
Bahalı avtomobil alarkən bunlara diqqət etmək lazımdır - Ekspert AÇIQLADIMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən avtomobil mütəxəssisi Razil Nağıyev bildirib ki, lüks avtomobil alarkən sürücülər yalnız avtomobilin alış qiymətinə deyil, onun sonrakı texniki xidmət və təmir xərclərinə də diqqət yetirməlidirlər.

"Premium avtomobillərdə mühərrik, transmissiya, elektronika və asqı sistemləri daha mürəkkəb olduğundan, nasazlıq zamanı təmir xərcləri də yüksək ola bilər. Xüsusilə bəzi premium modellərində texniki xidmət və ehtiyat hissələrinin qiyməti yüksək ola bilər. Lakin risk yalnız markadan asılı deyil. Konkret model, mühərrik, istehsal ili, yürüş və avtomobilin əvvəlki texniki xidmət tarixçəsi daha böyük əhəmiyyət daşıyır".

Ekspert bildirib ki, avtomobil almadan əvvəl ilk növbədə VIN nömrəsi və servis tarixçəsi yoxlanılmalıdır:

"Qəza keçmişi, real yürüş, əvvəlki təmir işləri və servis məlumatları araşdırılmalıdır. Texniki baxış zamanı ən vacib məsələ mühərrikin vəziyyətidir. Mühərrik mümkün qədər soyuq halda işə salınmalı, işə düşməsi, qeyri-adi səslər, vibrasiya, tüstü, yağ və antifriz sızmaları, turbo və soyutma sisteminin vəziyyəti yoxlanılmalıdır. Mürəkkəb və turbo mühərriklərdə bu yoxlama xüsusilə vacibdir".

Onun sözlərinə görə, ikinci əsas məsələ transmissiyadır:

"Sürətlər dəyişdirilərkən zərbə, gecikmə, silkələnmə və ya qeyri-normal səslər olmamalıdır. Transmissiya ilə bağlı problemlərin təmiri lüks avtomobillərdə kifayət qədər bahalı ola bilər. Asqı sistemi, xüsusilə pnevmatik asqı olan avtomobillərdə, mütləq yoxlanılmalıdır. Avtomobil dayandıqdan sonra kuzovun bir tərəfinin aşağı düşməsi, kompressorun həddindən artıq işləməsi və ya asqının hündürlüyünün düzgün dəyişməməsi nasazlıq əlaməti ola bilər".

Ekspert qeyd edib ki, elektron sistemlərin diaqnostikası da vacibdir:

"Mühərrik və transmissiya ilə yanaşı, elektron idarəetmə bloklarında saxlanılan xətalar, ABS/ESP, airbag, radar və kamera sistemləri, parkinq sensorları, adaptiv kruiz-kontrol və digər əsas elektron funksiyalar yoxlanılmalıdır. Ən düzgün yanaşma avtomobili almamışdan əvvəl servis mərkəzində kompleks texniki diaqnostika etdirməkdir. Alıcı avtomobilin alış qiyməti ilə yanaşı, ilkin təmir və növbəti 1-2 il ərzində yarana biləcək texniki xidmət xərclərini də əvvəlcədən hesablamalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 741   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA

Elektronika mağazalarından alınan məhsullarla bağlı istehlakçı şikayətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə zəmanət müddətində yaranan nasazlıqlar zamanı mağaza, servis mərkəzi və istehsalçı arasında məsuliyyətin necə bölüşdürülməsi istehlakçı üçün əlavə çətinlik yarada bilər. Bəzi ölkələrdə satıcını

1 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr