Yeni yolların aqibəti: Tıxaclara çarə ,yoxsa müvəqqəti həll?

Yeni yolların aqibəti: Tıxaclara çarə ,yoxsa müvəqqəti həll?Dünyada və Azərbaycanda bir çox fərqli qədim və müasir şəhər var. Paytaxt şəhər isə ölkənin idarə mərkəzi olan əsas şəhərdir. Burada milyonlarla insan bir yerdə yaşayır və işləyir. Şəhərlərdə tıxaclar çox vaxt infrastruktur məhdudiyyətləri,əhali sıxlığı və fərdi sürücü davranışı ilə əlaqəli müxtəlif amillər səbəbindən baş verə bilər.Pik saatlarda isə bu hal daha da qaçınılmaz olur .Darboğazlar, işıqforlar və dayanıb getmə hərəkəti, tikinti və yol işləri, qəzalar və hadisələr, qeyri-adekvat ictimai nəqliyyat, əhali artımı, əlverişsiz hava şəraiti tıxacları yaradan əsas amillərdir.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, şəhər böyüdükcə şəhərin böyük problemləri meydana gəlir:

"İnsanlar şəhərin bölünməsindən narahat olmağa başlayırlar. Çünki bildiyimiz kimi böyük şəhərlərin böyük problemləri var. Paytaxtın və yaxud meqopolisin özünün xüsusi çətinlikləri var. Bunların ən başlıcası tıxacdır.Bu tıxacın aradan qalxması üçün müəyyən dərəcədə tədbirlər görülsə belə,yekun olaraq tıxac bu və digər formada öz həlliini tapa bilmir".

Ekspert hesab edir ki,əsasən tıxacın yaranma səbəblərindən birincisi nəqliyyat axınlarının düzgün təyin edilə bilməməsi, nəqliyyat axınlarının koordinasiya edilə bilməməsidir:

"Nəqliyyat sistemi,nəqliyyat şəbəkəsinin bir-biri ilə konseptual bağlılığının aşkarlanmasına zərurət var. Bu nə deməkdir?. Bu o deməkdir ki,nəqliyyat bağlılığı olan ərazilər bir- biri ilə kordiinal olaraq əlaqəli olmalıdır. Yəni evindən çıxan adam işə gedirsə,o minimal xərclə, minimal vaxtla maksimal məsafə qət edərsə, özünü necə deyərlər, xoşbəxt saya bilər. Yəni insanın iş yerinin yaxın olub-olmamasının fərqi yoxdur, böyük ölkələrdə , inkişaf etməkdə olan ölkələrdə paytaxtın harasındasa yaşamaq məcburiyyətində deyilsən. Yetər ki, infrastruktur sənə əlçatan olsun,yaxın olsun. Metro xətti yaxın olsun, dəmiryol stansiyası yaxın olsun, hava limanı stansiyası yaxın olsun. Bunlar hamısı bir- birilə artıq bir vəhdət təşkil edərsə, bu problemlər aradan qalxa bilir. Yox,əgər bunlar edilməzsə,artıq bu problemlər müəyyən dərəcədə öz həllini tapmaya bilir".

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 610   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr