"Ayağımızı yorğanımıza görə uzatmırıq"- EKSPERTDƏN MARAQLI AÇIQLAMA
Müasir insanın beyni,şüuru pulu uğur, xoşbəxtlik, məqsədyönlülük və yaşam müdrikliyi göstəricisi kimi qəbul edir. İnsanların borc içində yaşamasının və pulsuzluqdan əziyyət çəkməsinin əsas səbəbi pullarının az olması deyil,onların düzgün idarə edilməməsidir. Pulun idarə edilməsi böyük bir elmdir. Amerikanın məşhur psixoloqu Alan Fromm qeyd edib ki,xərcləmək bacarığı istəklərimizi nəzarət altında saxlamaq bacarığımızı əks etdirir. Bəs gəlirlər və xərclər arasındakı balans necə tənzimlənməlidir?
Mövzu ilə bağlı iqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli "Sonxeber.az"a açıqlama verib. Ekspert bildirib ki,pulun idarə edilməsində verilmiş yanlış qərarlar əlavə itkilərə səbəb olur.Bu da öz növbəsində əlavə maliyyə riski yaradır:
"Pul niyə əlimizdə qalmır? Pul ona görə əlimizdə qalmır ki, birincisi az qazanırıq, çox qazana bilmirik,buna görə qalmır. Çox qazananlarda qalır. İkinci səbəbdən biri xərclərimizin idarə edilməsində bəzən yanlış qərarlar veririk. Yəni lazımsız xərclər, əyləncə xərcləri, restoran, iaşə, istirahət xərclərinə gəlirlərimizin məhdud olmasına baxmayaraq daha çox vəsait ayırırıq. Və bunun da təsirləri var. Ayağımızı yorğanımıza görə uzatmırıq. Digərləri ilə bəhsə-bəhs edirik,daha yaxşı qazananlar kimi davranmaq istəyirik. Bu da bizi çətin vəziyyətə gətirib çıxarır. Bunu ümumi demək olmaz. Təbii ki, büdcəsini idarə edənlər də var,edə bilməyənlər də".
İqtisadçı kart vasitəsilə pul xərcləməyin fayda və üstünlükləri ilə bərabər, zərərli tərəflərinə də toxunub:
" Kartla xərcləmək təbii ki,sərfəlidir, rahatdır, sürətlidir, etibarlıdır. Kartla xərcləyəndə biz mağazada bank əgər verirsə, cash-back faizləri əldə edə bilirik. Cash-back faizləri verən banklar var,oradan qənaət edirik. Və yaxud da kartla xərcləyəndə ədv(əlavə dəyər vergisi) geri alım faizi daha yüksək olur. Buradan da biraz qazanırıq. Təbii ki, kartla xərcləmək daha effektlidir. Amma kartla xərcləmək asan olduğuna görə bəzən əlimiz dinc durmur, daha çox xərcləyirik. Xüsusən online alışlar,çoxlu reklamlar filan bizi yoldan çıxarır. Zəruri ehtiyacımız olmadığı halda bəzən özümüzə lazımsız olan məsələlərə pul xərcləyrik. Təbii ki, bu bizim büdcəmizə müəyyən zərər gətirir" .
Xalid Kərimli son olaraq vətəndaşların bilməli olduqları vacib nüansı diqqətə çatdırıb:
"Vətəndaş nəyi bilməlidir?. Vətəndaş öz gəlirlərini xərcləri ilə uzlaşdıra bilməlidir,gəlirlərinə uyğun xərclərini planlaşdırmalıdır. Bu xərclərin içərisində də əsas vacib olanları ayırmalıdır, onlar üçün pul nəzərdə tutmalıdır,qalan hissədə də müəyyən qədər yığım saxlayıb qeyri-zəruri xərclərə yönəltməlidir"
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 196 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfində
18 avqust"Ayağımızı yorğanımıza görə uzatmırıq"- EKSPERTDƏN MARAQLI AÇIQLAMA
Müasir insanın beyni,şüuru pulu uğur, xoşbəxtlik, məqsədyönlülük və yaşam müdrikliyi göstəricisi kimi qəbul edir. İnsanların borc içində yaşamasının və pulsuzluqdan əziyyət çəkməsinin əsas səbəbi pullarının az olması deyil,onların düzgün idarə edilməməsidir. Pulun idarə edilməsi böyük bir elmdir. Amerikanı
18 avqustSabah Azərbaycanda 36° isti olacaq
Azərbaycanda avqustun 18-də havanın 36 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24 isti
17 avqustStadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ
Ötən gün paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən stadionda ölüm hadisəsi baş verib. Futbol matçının bitməsinə təxminən 15 dəqiqə qalmış meydana çıxan Bakı sakini 27 yaşlı Xəyal İbadov meydançada həyatını itirib. Stadionun inzibatçısı Abdulla Şahverdiyev deyib ki, həmin şəxslər abunəlik sistemin
18 avqust"Bu, Azərbaycan ictimaiyyətində əsaslı narazılıq doğurmaqdadır"
"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır". "Qafqazinfo" xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığ
18 avqustJurnalist Ədalət Mədətoğlu vəfat etdi
Əqli Mülkiyyət Agentliyinin "Əqli mülkiyyət" jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə.Mədətoğlu "Elm", "İntibah", "Əlillər", "Kaspi"
18 avqustİlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər artıb
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 11 099 nəfər və ya 0,1 % artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10 milyon 273 min 450 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, ölkə əhalisinin 54,3 %-ni şəhər, 45,7 %-ni kənd sakinləri, 49,8 %-n
17 avqustİki məktəb direktoru işdən çıxarıldı
Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor
17 avqust