Naxçıvanın hərbi gücü - Azərbaycanın milli təhlükəsizliyinin strateji qalxanı.

Naxçıvanın hərbi gücü - Azərbaycanın milli təhlükəsizliyinin strateji qalxanı.Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri əsnasında Azərbaycan Televiziyasına verdiyi müsahibə Azərbaycanın müdafiə siyasətinin mühüm istiqamətlərindən biri olan Naxçıvanın müdafiə potensialının gücləndirilməsinə ciddi diqqətin göstərildiyini, bu xüsusda ciddi addımların atıldığını bildirib.

Dövlət başçısının sözlərinə görə "Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdir." Prezident qeyd edib ki, bu istiqamətdə böyük işlər görülüb, Naxçıvanın hərbi gücü bölmələrin həm ən müasir texnika ilə təchizatı, həm də yeni komanda qüvvələrinin yaradılması ilə daha da möhkəmləndirilməsi davamlı olaraq həyata keçirilir.
Bu fikirlər, əslində, Azərbaycanın lideri olduğu Qafqaz regionun yeni qədəm qoyduğu təhlükəsizlik strategiyasının mahiyyətini ifadə edir. Belə ki, Naxçıvan Azərbaycanın xəritəsində sadəcə coğrafi baxımdan xüsusi mövqeyə malik ərazi deyil. Formalaşmaqda olan yeni reallıqda Naxçıvan, ölkənin milli təhlükəsizliyi, müdafiə qabiliyyəti, nəqliyyat infrastrukturunun inkişafı və regional əhəmiyyəti baxımından ciddi və strateji əhəmiyyət daşıyan məkandır.
Bu baxımdan, yeni yaranan çağırışlar və onlara adekvat cavabların formalaşması və təhlükəsizliyin təmin edilməsi dövlətimiz üçün ordumuzun güclənməsini kritik əhəmiyyətli məsələyə çevirməkdədir. Müasir münaqişələr artıq yalnız canlı qüvvənin və ağır texnikanın sayına əsaslanqla deyil, mobil, yəni çeviklik, ən yüksək texnologiyalar, operativ və professional qərarvermə, peşəkar xüsusi təyinatlı və komando qüvvələri, pilotsuz sistemlər və müasir texnoloji idarəetmə imkanları orduların effektivliyini müəyyən edən əsas amillərə çevrilib və bu məsələ dinamik inkişaf etməkdədir.

Azərbaycanın Silahlı Qüvvələrində həyata keçirilən islahatlar da məhz bu yeni reallıqlara cavab verir. Naxçıvanda yeni komando qüvvələrinin yaradılması və ən müasir hərbi texnikanın tətbiqi Azərbaycan Ordusunun peşəkarlıq və çeviklik səviyyəsinin yüksəldilməsinin göstəricisidir.Prezident İlham Əliyevin Naxçıvanda hərbi gücün nümayişi ilə bağlı fikirləri göstərir ki, burada məqsəd yalnız silah və texnikanın yenilənməsi deyil. Əsas hədəf müasir çağırışlara cavab verə bilən, yüksək hazırlıqlı, çevik və effektiv müdafiə sistemi formalaşdırmaqdır.

Heç kimə sir deyil ki, Naxçıvanın strateji əhəmiyyətili bir bölgədir. Naxçıvanın coğrafi mövqeyi onun müdafiə məsələlərində xüsusi yanaşma tələb edir. Azərbaycanın əsas ərazisindən ayrı yerləşən bu strateji bölgənin təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir və bu region xüsusi diqqət tələb edir. Məhz buna görə Naxçıvanın müdafiə imkanlarının gücləndirilməsi təkcə bölgənin təhlükəsizliyinə deyil, Azərbaycanın bütövlükdə müdafiə potensialına xidmət edir. Burada yaradılan güclü və müasir hərbi imkanlar həm Azərbaycanın suverenliyinin qorunması, həm də mümkün təhlükələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Güclü müdafiə sistemi dövlətin istənilən təhdid qarşısında daha hazırlıqlı və daha dayanıqlı olmasını təmin edir.

Bu gün dünyada və xüsusən regionda baş verən hadisələr onu göstərir ki, güc nümayişi sülhə xidmət edir. Naxçıvanda nümayiş etdirilən hərbi gücə yalnız hərbi texnikanın və silahların nümayişi kimi yanaşmaq düzgün olmazdı. Bu, ilk növbədə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini qorumaq əzminin nümayişidir.

Tarixə nəzər salsaq görürük ki, davamlı sülh yalnız xoş niyyətlə deyil, həm də etibarlı müdafiə imkanları ilə təmin olunur. Güclü dövlət və güclü ordu mümkün təhdidlərin qarşısını alan ən mühüm amillərdəndir. Azərbaycanın İkinci Qarabağ müharibəsində öz tarixi torpaqlarını qaytarması, ərazi bütövlüyünü bərpa etməsi də güclü ordunun və Prezident İlham Əliyev başda olmaqla düşünülmüş dövlət siyasətinin hansı nəticələrə gətirib çıxara biləcəyini nümayiş etdirdi. Bu gün əsas vəzifə əldə olunmuş nəticələri qorumaq, ölkənin müdafiə qabiliyyətini daha da yüksəltmək və gələcək təhlükələrə hazır olmaqdır. Bu mənada Naxçıvanda həyata keçirilən hərbi modernləşmə siyasəti Azərbaycanın ümumi müdafiə strategiyasının mühüm tərkib hissəsidir.

Güclü ordu - güclü dövlət deməkdir və bu prinsipinin Naxçıvan nümunəsində baxmaq maraqlıdır. Prezident İlham Əliyevin Naxçıvanla bağlı açıqlamaları bir daha göstərir ki, Azərbaycan dövlətinin təhlükəsizlik siyasətində ordu quruculuğu xüsusi prioritet olaraq qalır. Ən müasir texnika, peşəkar komando qüvvələri, yüksək hazırlıq səviyyəsi və müasir hərbi idarəetmə sistemi Azərbaycanın müdafiə qabiliyyətini yeni mərhələyə daşıyır. Naxçıvanda bu prosesin nəticələrinin açıq şəkildə nümayiş etdirilməsi isə həm ölkə ictimaiyyətinə, həm də regiona mühüm mesajdır: Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri imkanlara malikdir və dövlətin ərazi bütövlüyü və suverenliyi məsələsində heç bir güzəşt yoxdur.

Bu gün Naxçıvanın güclü ordusu Azərbaycanın güclü müdafiə sisteminin mühüm dayaqlarından biridir. Burada yaradılan müasir hərbi potensial yalnız bugünün deyil, gələcəyin təhlükəsizlik çağırışlarına da hazırlığın göstəricisidir.
Əslində, Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərin əsas mahiyyəti də budur: güclü ordu yalnız müharibə aparmaq üçün deyil, müharibənin qarşısını almaq, sülhü qorumaq və dövlətin suverenliyini etibarlı şəkildə təmin etmək üçün lazımdır. Dahilərdən biri dediyi kimi: "Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş."
Naxçıvanın müdafiə potensialının gücləndirilməsi də bu baxımdan Azərbaycanın milli təhlükəsizlik strategiyasının mühüm və uzaqgörən addımlarından biridir.

Anatoli Rafailov
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 484   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal v

3 oktyabr
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Sabah da Bakıya yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

3 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr