Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMASon illərdə Bakıya yaxın ərazilərdə və turizm potensialı yüksək regionlarda torpaq sahələrinə tələbin artması daşınmaz əmlak bazarında diqqət çəkən tendensiyalardan biridir. Xüsusilə yol, kommunal xidmətlər və turizm infrastrukturu layihələrinin genişlənməsi, fərdi yaşayış evlərinə marağın artması və torpağın uzunmüddətli investisiya aləti kimi qiymətləndirilməsi bu prosesə təsir edən əsas amillər sırasındadır.

Bəs, regionlarda torpaq sahələrinə tələbin artmasının arxasında hansı iqtisadi və sosial səbəblər dayanır və yeni infrastruktur layihələri, turizm investisiyaları, eləcə də bölgələrin inkişafı ilə bağlı dövlət proqramları torpaq qiymətlərinin gələcəkdə də yüksəlməsinə səbəb ola bilərmi?
Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Bakıya yaxın ərazilərdə, eləcə də turizm potensialı olan bölgələrdə torpaq qiymətlərinin kəskin artmasının əsas səbəblərindən biri vaxta qənaət və insanların yaşadığı əraziyə daha yaxın istirahət məkanlarına üstünlük verməsidir:

"Uzaq məsafələrə getmək daha çox vaxt tələb etdiyindən vətəndaşlar daha qısa müddətdə istirahət etmək üçün Bakıya yaxın, turizm potensialı olan ərazilərdə torpaq sahələri əldə etməyə başlayıblar. Bu da qiymətlərin artmasına səbəb olur. Burada əsas amillərdən biri torpağın Bakıya yaxınlığıdır. Digər tərəfdən, torpağın gələcək inkişaf və gəlirlilik potensialı, investisiya baxımından cəlbediciliyi də qiymətə təsir göstərir. Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də həmin torpaqlardan gələcəkdə turizm və gündəlik icarə məqsədilə istifadə etməkdir".

Ekspert bildirib ki, uzunmüddətli investisiya imkanları olan vətəndaşlar üçün də torpaq sahələri cəlbedicidir:

"Çünki torpaq uzunmüddətli qiymət artımı potensialı yüksək olan daşınmaz əmlak növlərindən biridir. Bununla yanaşı, aqroturizm, kənd təsərrüfatı məqsədli turizm və bağçılıq kimi yeni fəaliyyət istiqamətlərinin inkişafı da torpağa olan tələbi artırır. Dövlət qurumlarının və ayrı-ayrı təşkilatların həyata keçirdiyi layihələr, bölgələrə yatırılan investisiyalar da torpaq qiymətlərinə təsir göstərir. Eyni zamanda torpaq sahələrinin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onların sahəsini artırmaq mümkün deyil. Məsələn, köhnə binanı söküb yerində daha böyük bina inşa etmək mümkündür və beləliklə, tikili sahəsi artır. Amma torpaq sahəsi əvvəl nə qədər olubsa, sonradan da həmin ölçüdə qalır. Bu da torpağın dəyərinin artmasına təsir edən əsas amillərdən biridir".

Onun sözlərinə görə, bundan sonra torpaq qiymətlərinin artıb-artmayacağına gəldikdə isə, bu il üçün proqnozumuz təxminən 20 faiz civarında idi. Amma artıq görünür ki, ayrı-ayrı ərazilərdə qiymət artımının bu göstəricidən də yüksək olması mümkündür:

"Ayrı-ayrı yerlərdə baş verən qiymət artımı hətta nisbətən zəif ərazilərdə yerləşən torpaqların qiymətinə də müsbət təsir göstərir. Çünki daşınmaz əmlak bazarı bir-biri ilə sistemli şəkildə əlaqəlidir. Bölgələrdə həyata keçirilən böyük layihələr və investisiyalar da bu prosesə təsir edir. Regionların inkişafına yönələn diqqət həmin ərazilərə marağı artırır. Turizmin inkişafı da torpaq qiymətlərinin yüksəlməsində mühüm rol oynayır. A-frame evlərin, kotteclərin, restoranların, otellərin və digər istirahət məkanlarının bölgələrdə sayının artması həm onların tikintisi üçün istifadə olunan torpaq sahələrinin, həm də həmin obyektlərə yaxın fərdi yaşayış evləri və torpaqların qiymətinə birbaşa təsir göstərir. Sosial-iqtisadi inkişaf da öz növbəsində torpaq sahələrinə olan tələbi və onların qiymətini artıran amillərdən biridir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1052   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

2 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr