Şəmkirdəki dəhşətli qəzada ölənlərin FOTOSU - TƏFƏRRÜAT
Şəmkir rayonunda 5 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Şəmkir rayonu Mahmudlu kənd İcra nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, qəzaya düşən şəxslər eyni kəndin sakinləridir. Hadisə zamanı avtomobildə ümumilikdə 7 nəfər olub.
Bildirilib ki, onlar sürücünün bacısı oğlunun sünnət mərasimində iştirak etmək üçün Şəmkir rayonunun Dəllər Cəyir kəndinə gedirmişlər. Avtomobil yolda qəzaya uğrayıb.
Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi "KIA Sorento" markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakini, 1981-ci il təvəllüdlü Əlizaman Aslanovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
Qəzada 1988-ci il təvəllüdlü İlahə Alim qızı Məmmədova, 2009-cu il təvəllüdlü Elvin Vüqar oğlu Məmmədov, 1992-ci il təvəllüdlü Hicran Çoban qızı Həmzəyeva, 2018-ci il təvəllüdlü Zəhra Rasim qızı Vəliyeva və 1981-ci il təvəllüdlü Əlizaman Qoşqar oğlu Aslanov həyatını itiriblər.
2021-ci il təvəllüdlü Qoşqar Əlizaman oğlu Aslanov və 2010-cu il təvəllüdlü Zeynəb Rasim qızı Vəliyeva isə ağır yaralanıblar. Yaralılardan biri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Nümayəndəlikdən verilən məlumata görə, Zeynəb Vəliyevanın vəziyyəti nisbətən yaxşıdır. Qoşqar Aslanovun vəziyyəti isə ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.
Qəza nəticəsində həyatını itirən şəxslərin bu gün günorta saatlarından sonra dəfn ediləcəyi bildirilib.
Modern.az saytı qəzada həyatını itirən şəxslərin fotolarını təqdim edir:
1992-ci il təvəllüdlü Hicran Həmzəyevə
Hicran Həmzəyevanın qızı 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva
2009-cu il təvəllüdlü Elvin Məmmədov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı