"Təbiət bizə əmanətdir və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - Ekoloq

"Təbiət bizə əmanətdir və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - EkoloqTəbiət insanlığın ən böyük sərvətidir.Lakin ətraf mühitə göstərilən laqeyid münasibət,çirklənmə və yaşıllıqların azalması təbiətin tarazlığını getdikcə daha çox təhdid edir. Mütəxəssislər isə xəbərdarlıq edir ki,təbiəti qorumaq yalnız dövlət qurumlarının deyil,hər bir vətəndaşın məsuliyyətidir.

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov problemin səbəbləri və mümkün həlli yollarından danışıb:

"Təmiz gələcək üçün bugün nə etməliyik? İlk öncə bəşəriyyət olaraq insanlar təbiətə münasibətini bir qədər dəyişməlidir. Biz ekoloqlar çalışırıq insanları xəbərdar edək ki, bizə verilən təmiz ətraf mühit özünü bərpaetmə funksiyasına da malikdir. Amma eyni zamanda biz özümüz də onu lap bərpa edilməz bir səviyyəyə gətirməməliyik. Ən azı öz fəaliyyətimiz və həyatımızdakı istehlakımızla biz ona hansısa təsir göstərəririksə, eyni zamanda həmin təsiri azalda biləcək və yaxud da onu aradan qaldıra biləcək tədbirlər də görməliyik. Yəni bu ümumilikdə bütün qitələrdə, bütün dünyada yaşayan insanlara aid olan bir məsələdir. Lokal səviyyədə də əlbəttə ki hər bir ölkə, hətta hər bir şəhər, icma və ya kənd hər biri ayrılıqda ətraf mühitlə bağlı gücü çatanı etməlidir. İlk öncə çalışmalıdır ki, ətraf mühiti çirkləndirməsin. Bura həm torpaq, həm su, həm hava, həm biomüxtəliflik aiddir"

Ekoloq təbiətin verdiyi siqnallara diqqət çəkərək bildirib ki, ona vurulan zərər nəticədə insanlara təsirsiz ötüşmür:
" Əslində təbiət susmur, çünki sussaydı iqlimdə bu proseslər baş verməzdi. Son illər gördüyümüz "iqlim dəyişikliyi" adlandırdığımız proseslər insanın da təbiətə göstərdiyi təsirin elə bil ki əks təsiridir. Təbiət bunu təəssüf ki, bəzən çox ağır formada cavablandırır. Məsələn, təbii fəlakətlərlə və yaxud da hətta radiaktiv çirklənmə ilə. Yəni biz təbiətin canlı olduğunu düşünmürük,düşünürük ki bu yer planetidir ,buna heç nə ola bilməz, amma o da həssasdır. Bizim göstərdiyimiz təsir nəticəsində o da öz əks təsirini göstərir.Deyək ki biz atmosfer havasını çirkləndiririksə, bu sonra iqlimdə müəyyən proseslərə səbəb olur. Bu proseslər də sonra daşqınlara və digər təbii fəlakətlərə, güclü küləklərə və yaxud da tufana səbəb olur. Əlbəttə ki ,biz ona laqeyid qaldıqca təhlükə böyüyə də bilər. Ona görə biz çalışmalıyıq ki, təhlükənin böyüməməsi üçün fərd olaraq hər birimiz tutduğumuz vəzifədən, gördüyümüz işdən asılı olaraq təbiətin qorunmasına töhfə verək. Ümumilikdə ətraf mühiti qorumaq o qədər də çətin deyil. Sadəcə hər birimiz öz məsuliyyətimizi dərk edək. Tullantıları müəyyən olunmuş yerlərə ataq, hara gəldi atmayaq, su ehtiyatından istifadə zamanı qənaət edək, suyu boş-boşuna axııtmayaq,torpağa münasibətdə həsas yanaşaq,torpağı çirkləndirməyək,ağacları,yaşıllıqları məhv etməyək . Çünki gündəlik aldığımız oksigenin mənbəyi onlardır. Bəzən düşünmürük, elə bilirik ki milyardlarla ağac var, "birini mən kəssəm nə olasıdır ki". Amma halbuki bir ağac bir insanın il ərzində aldığı oksigenin böyük hissəsini təmin edir. Meşələri yandırmayaq, meşə yanğınına səbəb ola biləcək hərəkətlər etməyək,piknikə gedəndə də özümüzdən sonra qaladığımız o ocağı tez söndürək və tam söndürək ki, sonra onu külək vurub, meşə tərəfə aparıb oradakı ağacları yandırmasın" .

Amin Məmmədov hesab edir ki,cəmiyyətin ekoloji maarifləndirilməsi və xüsusilə gənc nəslin bu istiqamətdə fəal iştirakı olduqca vacibdir.Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır:

"Bundan başqa ətraf mühiti qorumaq üçün yeni nəsli maarifləndirərək yetişdirək. Yəni bunun dəyərli olduğunu böyütdüyümüz uşaqlara, yetişdirdiyimiz gənc nəsilə mütləq şəkildə çatdıraq. Müəllim də olsaq sıravi vətəndaş da olsaqç həmişə tərbiyə verək və öyrədək maarifləndirək. Maarifləndirsək əlbəttə ki,bütün buna nail ola bilərik. Gələcək nəsillər də artıq flora-fauna növlərini "Qırmızı kitab"da yox, canlı da görə bilsinlər"

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 597   Tarix: 18 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomati

10 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib

10 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr
.

Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş - FOTO

Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan sürücünün müəllim işlədiyi üzə çıxıb. Bu barədə məlumat əldə edib. Məlumata görə, qəza zamanı KIA markalı minik avtomobilinin yanması nəticəsində həyatını itirən Elyar Qalib oğlu Məhəmmədov Zərdab rayonunun Məmmədqasıml

9 sentyabr
.

Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR

Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismind

9 sentyabr
.

31° isti... - Sabahın havası

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

10 sentyabr
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10 sentyabr
.

Məzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA

Azərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığı

10 sentyabr
.

İstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə

10 sentyabr