Avqustda dənizə gedənlər nələrə diqqət etməlidir? - AÇIQLAMA
Dəniz mövsümünün sonu yaxınlaşdıqca çimərliklərdə insan sıxlığı azalsa da,təhlükəsizlik qaydalarına diqqət hələ də vacibdir.Günəş, külək, dalğaların vəziyyəti və dənizdə yaranan gözlənilməz risklər istirahəti təhlükəli vəziyyətə çevirə bilər.Bəs dənizdə istirahət edərkən nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən FHN-İN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili vətəndaşları çimərlik seçimində diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:
"Tək avqust ayında deyil, hələ çimərlik mövsümü başlamazdan öncə biz hər zaman vətəndaşlara müraciət etmişik ki, çimərlik seçimində diqqətli olsunlar, gedəcəkləri çimərliklər haqqında məlumatlı olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedici yoxdursa ,xilasetmə texnikaları, vasitələri mövcud deyilsə, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunu bildirir. Məntiqlə də biz düşünsək, əgər biz sularda boğulma ilə üz-üzə qalırıqsa, bizi sulardan xilasedicilər təxliyyə etməlidir, bizi xilasedicilər son anda xilas etməlidir. Əgər həmin ərazidə xilasedici yoxdursa ,deməli biz boğulma təhlükəsi ilə üz-üzə qalacağıq. Biz bəzən eşidirik ki, bir ərazidə 3 nəfər birdən boğuldu. Belə xəbərlər eşidirik. Əslində araşdırmalar göstərir ki, həmin ərazilərdə boğulan şəxs 1 nəfər olur, digər şəxslər xilasetmə üsullarını bilmədikləri üçün kortəbii halda köməyə çalışırlar və beləliklə də qrup şəklində boğulurlar. Onlar bir-birilərini suyun altına çəkərək boğulurlar. Düzdür, Fövqaladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olduqda hadisənin yerindən,ərazidən asılı olmayaraq dərhal dalğıc xilasediciləri axtarışları cəlb edilir. Lakin unutmamalıyıq ki,xilasetmə əməliyyatlarında saniyələrin önəmi olduqca vacibdir. Odur ki, yalnız və yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə edilməlidir. Burada da xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl olunmalıdır" .
FHN rəsmisi dənizdəki qadağalardan da danışıb:
"Belə ki küləkli havada,dalğalı dənizdə suya girmək, spirtli içki qəbul edərək sərxoş halda suya daxil olmaq, suda kobud hərəkətlər etmək,üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək, xilasetmə texnika və vasitələrdən başqa digər su nəqliyyatı vasitələri ilə çimərlik ərazilərinə daxil olmaq qadağandır. Yadda saxlanılmalıdır ki, 13 yaşınadək uşaqlar çimərliklərdə yalnız valideyin müşayiəti ilə istifadə etməli və ərazidə nəzarətsiz qoyulmamalıdır. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Çimərliklərdə təhlükəsiz istirahət səhər saat 09:00-dan axşam 20:00-adəkdir. Onu da qeyd edim ki, çimərliklərdə xoş zaman keçirmək üçün hava şəraiti olduqca önəmlidir. Bildirirəm ki, qanunvericiliyin tələbinə uyğun olaraq küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərliklərdə suya girmək qadağandır".
Akşin Əlili vurğulayıb ki, 2026-cı ildə indiyədək 66 nəfər suda boğulma təhlükəsi ilə üzləşib və xilasedicilər tərəfindən xilas edilib. Polkovnik-leytenant bir daha vətəndaşları diqqətli olmağa səsləyib:
"Bir statistik rəqəmləri də səsləndirmək istərdim ki, Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən 66 nəfər çimərlik mövsümündə olmaqla, ümümilikdə 72 suda boğulma təhlükəsi ilə üzləşən şəxslər tərəfimizdən xilas edilib və xidməti nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də onu deməyə əsas verir ki, həqiqətən də xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə edilməli və ərazidə tətbiq edilmiş təhlükəsizlik qaydalarına sözsüz əməl olunmalıdır" .
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı