Jurnalist: Media azadlığı heç kimə başqa xalqı aşağılamaq hüququ vermir
Azərbaycan-Rusiya münasibətləri fonunda bəzi Rusiya media resurslarında Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqir və təhdid xarakterli ifadələrin səsləndirilməsi informasiya məkanında ciddi suallar doğurur. Xüsusilə media vasitəsilə yayılan bu cür ritorika yalnız jurnalistikanın peşə və etik prinsipləri baxımından deyil, iki ölkə arasında qarşılıqlı etimadın və ictimai münasibətlərin formalaşmasına təsiri baxımından da qiymətləndirilməlidir.
Bəs, dövlətə, xalqa və siyasi rəhbərliyə qarşı təhqir və təhdid xarakterli materialların mediada yayımlanması sivil jurnalistika və media etikası prinsiplərinə nə dərəcədə uyğundur və belə materiallar Azərbaycan-Rusiya informasiya münasibətlərinə, eləcə də iki ölkə arasında ictimai rəyə və qarşılıqlı münasibətlərə hansı təsirləri göstərə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli bildirib ki, Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına və ölkə rəhbərliyinə qarşı təhqir və təhdidlərin yer aldığı materialların yayılmasını qəti şəkildə pisləyir.
"Təəssüf ki, Rusiyanın bəzi media resurslarında son vaxtlar peşəkar jurnalistika ilə təxribat arasında sərhədin açıq şəkildə pozulduğunu görürük. Belə materiallar informasiya verməkdən daha çox cəmiyyətlər arasında gərginlik yaratmağa, qarşılıqlı nifrəti körükləməyə xidmət edir. Əgər hansısa jurnalist və ya media qurumu özünü peşəkar hesab edirsə, ilk növbədə sözün məsuliyyətini anlamalıdır. Media azadlığı heç kimə başqa xalqı aşağılamaq, dövlətə qarşı təhdid səsləndirmək və yalan və təhqir üzərindən ictimai rəy formalaşdırmaq hüququ vermir".
Jurnalist bildirib ki, bu cür materiallara Rusiya jurnalistikasının öz daxilindən və beynəlxalq təşkilatlardan da ciddi reaksiya verilməlidir:
"Çünki həmkarının təhqir və təhdidlərini "söz azadlığı" adı altında müdafiə etmək peşə prinsiplərinə xəyanətdir. Azərbaycan mediası heç vaxt Rusiya xalqına qarşı düşmənçilik və nifrət dili üzərində jurnalistika qurmayıb. Bizim də qarşı tərəfdən gözləntimiz eynidir: fikir ayrılığı varsa, onu arqumentlə ifadə edin, faktla danışın, amma təhqirə və təhdidə əl atmayın"
Onun sözlərinə görə, Azərbaycan dövlətinə, xalqına və rəhbərliyinə qarşı təhqir və təhdid xarakterli materiallar yayanlar jurnalistika adı altında məsuliyyətsizliyi və təxribatı legitimləşdirə bilməzlər:
"Belə yanaşma iki ölkə arasında informasiya münasibətlərinə ciddi zərbə vurur və cəmiyyətlər arasında onsuz da həssas olan qarşılıqlı etimadı zədələyir. Jurnalistikanın gücü təhqirdə deyil, həqiqətdədir. Faktınız və arqumentiniz varsa, danışın. Yoxdursa, təhqir və təhdidə sığınmaq peşəkarlıq deyil, acizlikdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı