Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADI

Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADIBakıda şəhərsalma və yenidənqurma layihələrinin genişlənməsi fonunda bəzi ərazilərin gələcəkdə söküntü və ya yenidənqurma zonasına düşə biləcəyi ilə bağlı müzakirələr artır. Bakı şəhərinin 2040-cı ilədək Baş Planı nəqliyyat və sosial infrastrukturun inkişafı, ərazilərin yenidən təşkili, abadlaşdırma və yaşayış fondunun yenilənməsi kimi istiqamətləri əhatə edir. Bu baxımdan, belə ərazilərdən əmlak almaq alıcı üçün həm hüquqi, həm də maliyyə riskləri yarada bilər.

Bəs, vətəndaş ev və ya torpaq almazdan əvvəl həmin əmlakın gələcək şəhərsalma layihələrinə düşüb-düşməyəcəyini necə yoxlaya bilər, söküntü halında kompensasiya hansı prinsiplərlə müəyyənləşdirilir və alıcı öz hüquqlarını qorumaq üçün müqavilə və sənədlərdə hansı məqamlara xüsusi diqqət yetirməlidir?
Alacağınız evin gələcəkdə plana düşüb-düşməyəcəyini belə öyrənmək olar - Ekspert AÇIQLADIMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bu, olduqca qəliz məsələdir:

"Nəzərə alsaq ki, dövlət hesabına sökülən ərazilər təxminən bəllidir, burada kompensasiya hamıya eyni qaydada verilir. Məsələn, şəhərin mərkəzi hissəsi olmasına baxmayaraq, kompensasiya 2700 manat məbləğində müəyyənləşdirilir. Baxmayaraq ki, həmin ərazidə həm köhnə, aşınmış, ümumiyyətlə yaşamaq üçün yararsız, tam qəzalı vəziyyətdə olan əmlaklar var, eyni zamanda orta səviyyədə, tam aşınmamış, yaşamaq üçün yararlı binalar da mövcuddur. Hətta həmin binalarda yüksək təmirli mənzillər də ola bilər. Gələcəkdə bütün bu əmlakların eyni qiymətlə qiymətləndirilməsi, qəzalı bina ilə təmirli mənzilin eyni səviyyədə tutulması müəyyən risklər yaradır".

Ekspert bildirib ki, buna baxmayaraq, daha əlverişli hesab oluna biləcək ərazilər də var:

"Bunlar tikinti şirkətləri tərəfindən söküntü aparılan ərazilərdir. Lakin hər tikinti şirkətinin söküntü işlərinə öz yanaşması var. Şirkətlərin əksəriyyəti vəsaitə qənaət etməyə çalışır, əlavə sahələrə görə kompensasiya vermir və müxtəlif yollarla vətəndaşlarla razılaşmağa çalışırlar. Yəni burada bir qədər bəxt məsələsi də var. Bu baxımdan, mən bu sektora investisiya etməyi bir qədər riskli hesab edirəm. Amma plana düşəcək və söküntü nəticəsində daha əlverişli əmlak əldə ediləcək ərazilər var".

Onun sözlərinə görə, beşmərtəbəli binaların söküntüyə məruz qaldığı və plana düşdüyü ərazilərdə köhnə mənzillə əvəzində təqdim olunan yeni mənzil arasında sahə baxımından ən azı 20-25 faiz fərq yaranıb:

"Daha müasir əmlak ərsəyə gəldiyinə görə köhnə, plana düşən əmlakla onun əvəzinə verilən yeni əmlak arasında orta hesabla 20-25 faizdən 30 faizə qədər fərq yarana bilir. Bu baxımdan belə ərazilərdə risk daha azdır. Məsələn, standart çoxmənzilli bina, xüsusilə "Xruşşov" tipli beşmərtəbəli bina plana düşərsə, burada riskin daha az olduğunu hesab edirəm".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6076   Tarix: 19 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır. xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib. Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:. "Mərkəzi Klinik Xəstəxananı

7 sentyabr
.

"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i

7 sentyabr
.

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. "Report"un məlumatına görə, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel"

6 sentyabr
.

Bəzi yerlərə leysan yağır, güclü külək əsir

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin sentyabrın 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 10:00-a olan məlumatında qeyd edilib. Düşə

7 sentyabr
.

Azərbaycanda ovuc içi ilə ödəniş TƏTBİQ EDİLDİ

Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi is

6 sentyabr
.

Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb

Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn

6 sentyabr
.

FHN-dən əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıları

6 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

7 sentyabr
.

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR

Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi

6 sentyabr