Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMA
Ali təhsil müəssisələrinin yüksək nəticə göstərən tələbələr üçün əlavə təqaüd və güzəştlər tətbiq etməsi tələbələrin universitet və ixtisas seçiminə təsir edən amillərdən birinə çevrilir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti öz tələbələrinə həvəsləndirici təqaüdlər verəcək.
Bəs, bu cür güzəşt və təqaüd proqramları tələbələrin yüksək nəticə göstərməsinə və müəyyən ixtisaslara marağın artırılmasına nə dərəcədə təsir edir, belə təşviq mexanizmlərinin digər universitetlərdə də tətbiqi ali təhsildə rəqabət və keyfiyyət baxımından nə qədər məqsədəuyğun olardı?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, adətən universitetlər bu cür addımlar atırlar və bunun əsas səbəbi daha çox tələbəni öz universitetlərinə cəlb etməkdir:
"Bu, müxtəlif universitetlər tərəfindən davamlı olaraq həyata keçirilən bir yanaşmadır. Bəzi universitetlər adi təqaüdlər təsis edir, bəziləri isə müəyyən məbləğdə təqaüd müəyyənləşdirirlər. Bu mənada hesab edirəm ki, belə təqaüdlərin olması təqdirəlayiqdir. Bu, universitet seçimində müsbət təsir göstərir və tələbələrin təhsil prosesinə daha çox töhfə verməsi baxımından da önəm daşıyır. Ona görə də hər iki universitetin bu addımı yalnız təqdir olunmalıdır".
Deputat bildirib ki, digər universitetlər də bu istiqamətdə addımlar atmalı, müxtəlif təqaüd proqramları həyata keçirməlidirlər:
"Çünki belə təqaüdlər gənclərin universitetlərə cəlb olunması, onların yaxşı oxuması və düzgün seçim etməsi baxımından çox vacibdir. Ən vacib məsələlərdən biri isə bu cür təşəbbüslərin bütün universitetlər tərəfindən həyata keçirilməsidir. Belə olduğu təqdirdə daha yaxşı və müsbət nəticələr əldə etmək mümkündür. Bu da tələbələrin təhsilə marağının artmasına, daha çox çalışmasına və yaxşı nəticələr əldə etmək üçün səy göstərməsinə töhfə verə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2115 Tarix: 20 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?
Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir. "Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefo
29 oktyabr26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də
30 oktyabrKəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü
Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə
29 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrİntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
30 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrOktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
30 oktyabr