İnsanın yaşamağa gücü nə vaxt tükənir?

İnsanın yaşamağa gücü nə vaxt tükənir?Bəlkə də insan həyatından deyil, çəkdiyi ağrılardan, susmaqdan, anlaşılmamaqdan və hər şeyi tək daşımaqdan yorulur. Bəzən insanın sadəcə bir az dayanmağa, nəfəs almağa və "mən də yoruldum" deməyə ehtiyacı olur. Həmin an insan beyni müxtəlif fikirlər burulğanında dolaşır. Hamıya "yaxşıyam" deyə-deyə içində nə qədər yorulduğunu heç kim görmür. Gülür,danışır, hər şey qaydasındaymış kimi görünür. Halbuki bəzən bircə anlayan insan,bircə səmimi söz belə qaranlığın içində işıq ola bilər.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan şəxsi inkişaf üzrə təlimçi,motivator və yazıçı Fazil Turan bildirib ki, gənclərdən tutmuş orta yaşlı insanlara qədər bir çox insanın cəmiyyətin yaratdığı təzyiqlər altında getdikcə daha çox özünəqapanması artıq diqqətdən qaçmır:

"Bu proses çox vaxt səssiz gedir-çünki insanın daxili çöküşü həmişə üzündə görünmür:
"Bəzən kənardan normal görünən bir insan daxilən çoxdan həyatla bağını zəiflətmiş olur. Bu isə təhlükəlidir: insan cəmiyyətin içində qalaraq ,psixoloji olaraq ondan uzaqlaşa bilər. Müasir insanın üzərində daimi bir yük var: uğurlu olmaq,geri qalmamaq,müqayisə olunmaq, gözləntiləri doğrultmaq və hər zaman güclü görünmək. Bu təzyiqin içində ən çox çatışmayan isə sadə bir dayanma və səmimi bir sualdır: "Sən necəsən?".

Yazıçının sözlərinə görə, insan bəzən həyatdan yox,həyatın ona yaşadılma formasından yorulur:

"Ən kritik məqamlardan biri ümidsizliyin dərinləşməsidir. İnsan problemin çıxışını görmədikdə və ağrının bitməyəcəyinə inananda, düşüncə daralır və gələcək yalnız bu günün davamı kimi görünməyə başlayır. O zaman əsas problem ağrı yox,ağrının xaricində bir gələcək təsəvvür edə bilməməkdir. Ümidsizlik insana "heç nə dəyişməyəcək"kimi yalanlar pıçıldayır. Halbuki bu hiss real çıxışsızlıq demək deyil.

Təlimçi qeyd edir ki, intihar davranışı da tək bir səbəblə izah olunmur. Sosial təcrid, itkilər, münasibət və maliyyə problemlər, xroniki stress və psixoloji çətinliklər birləşərək riski artırır:

"Yəni məsələ həmişə çoxqatlıdır. Amma daha vacib sual budur: Biz insana yaşamaq üçün nə veririk ? Çox vaxt yalnız "bunu etmə" deyirik. Bəzən qorxudur,bəzən qadağa ilə,bəzən günah hissi ilə. Amma bu, kifayət etmir. Çünki insanı həyatda saxlayan təkcə qorxu deyil- məna və bağdır. İnsana sadəcə yaşamağı qadağan etmək yox,yaşamaq üçün səbəb vermək lazımdır:

"sən bu ağrıdan ibarət deyilsən"
"bugün gördüyün gələcək yeganə ehtimal deyil"
"sənin həyatında hələ bilmədiyin insanlar və imkanlar var"
"sənin varlığın düşündüyündən daha dəyərlidir"

Son olaraq Fazil Turan bildirir ki,insanı həyatda saxlayan çox vaxt böyük hədəf və məqamlar yox,kiçik bağlardır: bir insan,bir xatirə, bir məsuliyyət,bir sabah ehtimalı. Məsələ yalnız ölümü dayandırmaq deyil- insanın yaşamaqla bağını qorumaqdır:

"Əgər cəmiyyət bu daxili ağrını görməzsə, problem səssiz şəkildə böyüyə bilər. Çünki insan çox vaxt birdən yox, yavaş-yavaş sınır: əvvəl ümidini itirir, sonar insanlardan uzaqlaşır, sonra susur və çox vaxt əbədi. Ən təhlükəlisi isə budur: kənardan bu susqunluq "sakitlik" kimi görünə bilər. Bəlkə də ən böyük səhvimiz budur- insanın çöküşünü yalnız son mərhələdə görmək, amma onun yavaş-yavaş necə dağıldığını görməmək. İnsan yalnız maddi ehtiyaclarla yaşamır. Onun bir "niyə"yə ehtiyacı var. Çünki "necə yaşayım?" sualı gəlir. Ona görə də gələcəkdə ən vacib məsələ təkcə daha uzun yaşamaq yox,yaşamağa dəyər bir həyat hissini qorumaq olacaq. Və bəzən insanın ehtiyacı böyük həllər deyil- sadəcə onu dinləyən, yanında olan və mühakimə etmədən "mən buradayam" deyən bir insandır"

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 335   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr