"Südü 15 qəpiyə satmaqdansa yerə tökürəm" - Fermerlər şikayətçidir-Video
Fermerlər istehsal etdikləri südün onlardan aşağı qiymətə alınmasından narazıdırlar.
"Qafqazinfo"nun xəbərinə görə, şikayətçilərdən biri də Füzuli rayonundan olan təsərrüfat sahibi Emin Həsənlidir.
Vətəndaşın sözlərinə görə, 3 litr südə cəmi 45 qəpik ödənilir, bu isə 1 litr üçün cəmi 15 qəpik deməkdir. Fermer qeyd edib ki, bu qiymət heyvandarlıq təsərrüfatlarının xərclərini qarşılamağa imkan vermir: "Heyvanların yemlənməsi, saxlanılması, baytarlıq xidmətləri və digər xərclərin artması fonunda südün alış qiymətinin aşağı olması təsərrüfat sahiblərini çətin vəziyyətə salır. Südün bu qiymətə satılması fermer üçün sərfəli deyil. Nəticədə bəzi təsərrüfat sahibləri məhsulu satmaq əvəzinə, etiraz olaraq sağdıqları südü yerə tökürlər".
Fermer bildirir ki, südün alış qiyməti istehsala çəkilən xərclərlə uyğunlaşdırılmalıdır: "Mövcud vəziyyət davam edərsə, süd istehsalı ilə məşğul olan fermerlərin fəaliyyətini davam etdirməsi çətinləşə bilər. Bu isə gələcəkdə həm heyvandarlıq təsərrüfatlarının azalmasına, həm də yerli süd istehsalının zəifləməsinə səbəb ola bilər".
Fermerlər südün alış qiymətinin artırılmasını və problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən müvafiq addımların atılmasını gözləyirlər.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərlinin mövqeyini öyrəndik. "Qafqazinfo"ya açıqlama verən ekspert bildirib ki, bu məsələdə nəzarət mexanizmi yoxdur: "Məntiqlə bazar iqtisadiyyatı bunu tənzimləməlidir. Südə tələbatın olması süd alışını həyata keçirməyə yardımçı olmalı, qiymətləri tənzimləməlidir. Görünən odur ki, bazar mexanizmləri işləmir. Çünki bizdə mal-qaranın sayı kəskin azalır. Məntiqlə südün qiyməti qalxmalıdır, amma qalxmır. Deməli, burada nəzarət mexanizmlərindən çox, dövlətin yardımına ehtiyac olmalıdır. Bir çox ölkələrdə də bu praktika var. Dövlət artıq qalan südü ya özü alır, ya da özünə lazım olan sahələr üçün süd alışı həyata keçirir. Məsələn, Türkiyədə dövlət məktəblər və ya ordu üçün süd alışını fermerlərlə müqavilə bağlayaraq həyata keçirir. Nəticə etibarilə onların gəlirləri də artır. Yəni müxtəlif mexanizmlər var. Amma indi görünən odur ki, "bu sahəni bazar iqtisadiyyatı həll edəcək" yanaşması effektiv deyil. Bu da fermerlərin bu işdən daha da soyumasına səbəb olur".
Kənd Təsərrüfatı Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, qurum qiymət məsələsinə baxmır. Amma nazirlikdən o da əlavə edilib ki, yaxın zamanda həm ətlik, həm damazlıq istiqamətində, eyni zamanda süd məhsulu üzrə subsidiyanın verilməsi planlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Professor Adilə Abbasova vəfat etdi
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya