Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

Universitetlərə qəbul imtahanlarının nəticələri - AçıqlandıAli təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb.

***

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Tövsiyə olunur ki, hər bir abituriyent dim.gov.az saytında müsabiqə nəticələrinə dair arayışla tanış olsun. Burada müvafiq sütunlarda abituriyentin ərizəsində qeyd etdiyi ixtisasın kodu və adı, həmin ixtisas üzrə minimal keçid balı, həmin ixtisas koduna aid dövlət sifarişi üzrə minimal keçid balı və dövlət sifarişi üzrə bütün ali təhsil müəssisələrinin eyni adlı ixtisasları üzrə minimal keçid balı, sonda isə müsabiqə nəticəsi qeyd olunub. Yəni burada hansı əsasla abituriyent qəbul olunub və ya müsabiqədən keçməyib məsələsi öz əksini tapıb.

Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyət arzulayır.

Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Universitetlərə qəbul imtahanlarının nəticələri - AçıqlandıXatırladaq ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 103 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.

98 nəfər isə idman istiqaməti üzrə müvafiq ixtisaslara qəbul olunub.

Həmçinin 185 abituriyent (I və IV ixtisas qrupları üzrə) Azərbaycan - Fransız Universitetinə (UFAZ), 104 abituriyent Bakı Mühəndislik Universitetinə (Koreya Respublikasının İNHA Universiteti ilə birgə proqramı üzrə), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 17 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında elektron formada təqdim olunacaq. Abituriyentlər jurnalı avqustun 25-də günün ikinci yarısından etibarən "pdf" formada abiturient.az saytından əldə edə biləcəklər.

Yaxın günlərdə dərc olunacaq "Abituriyent" jurnalının 7-ci sayında isə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq. Jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı da veriləcəkdir.

Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 237   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir

"Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız portalı üzərindən həyata keçirilir". xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. "Qeydiyyat avqustu

24 avqust
.

Azərbaycanın dünya birliyinə inteqrasiyası: müstəqil xarici siyasət və genişlənən beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının müstəqillik tarixində dünya birliyinə inteqrasiya, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlha

24 avqust
.

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - FOTO - VİDEO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrini

23 avqust
.

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektro

24 avqust
.

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məhdudiyyət aşağıdakı vaxtlarda tətbiq ediləcək:

24 avqust
.

Şavkat Mirziyoyevə "Heydər Əliyev" ordeni - Azərbaycan-Özbəkistan qardaşlığının ali təcəssümü

Azərbaycan ilə Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri yeni bir mühüm hadisə ilə daha da zənginləşib. Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonovi

23 avqust
.

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix MƏLUM OLDU

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 5-ci nömrəsini nəşr edib. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, jurnalda 2026-2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsind

24 avqust
.

Lənkəranda qeyri-adi ördək: Tənha sahibinin yanından ayrılmır - VİDEO

Lənkəran rayonunun Nərimanabad-2 qəsəbəsində qeyri-adi hadisə baş verib. Belə ki, ördək balası sahibindən ayrılmır və günün demək olar ki, bütün saatlarında onunla birlikdə hərəkət edir. Ördəyin sahibi Rahil Vəliyev bildirib ki, balanı yumurtadan çıxdıqdan sonra evə gətirib və həmin andan etibarən onda

24 avqust
.

Azərbaycan-Özbəkistan yeni tarixi mərhələ: DOSTLUQDAN ƏBƏDİ TƏRƏFDAŞLIĞA

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında siyasi, iqtisadi, humanitar və strateji əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkənin münasibətlərind

24 avqust