Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr Orta Dəhlizin inkişafında mühüm yer tutur
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki dost və qardaş dövlət arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Xalqlarımızı ortaq tarix, zəngin mənəvi-mədəni dəyərlər və etnik köklər birləşdirir. Müasir dövrdə isə bu tarixi və mənəvi bağlar fonunda hər iki dövlətin oxşar qlobal risklərlə üz-üzə qalması və ortaq strateji hədəflərə malik olması ikitərəfli münasibətləri daha da zəruri edən mühüm faktor kimi çıxış edir.
Müasir beynəlxalq münasibətlər sistemində güc amilinin beynəlxalq hüquq normalarını getdikcə daha çox üstələdiyi bir şəraitdə, Azərbaycan-Özbəkistan ikitərəfli əməkdaşlığı hər iki dövlətin milli və regional təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır: "İki ölkə arasında əlaqələr yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, həm də müxtəlif regional və beynəlxalq təşkilatlar səviyyəsində uğurla davam etdirilir. Bu əməkdaşlığın ən mühüm, aparıcı və strateji sütununu Türk Dövlətləri Təşkilatı çərçivəsindəki tərəfdaşlıq təşkil edir.
Prezident İlham Əliyev Türk dünyasını və Türk Dövlətləri Təşkilatını Azərbaycanın xarici siyasətinin ən prioritet, ən təbii, real və səmimi istiqaməti kimi müəyyənləşdirib. Dövlətimizin başçısı Türk dünyasını Azərbaycan üçün doğma mühit və vahid ailə kimi xarakterizə edib. Bu kontekstdə Özbəkistanla münasibətlər TDT-nin aparıcı hərəkətverici qüvvələrindən biri hesab olunur.
Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr geostrateji baxımdan böyük önəm daşıyan Şərq-Qərb ticarət dəhlizinin, xüsusilə Orta Dəhlizin inkişafında mühüm yer tutur: Enerji sahəsindəki əməkdaşlığın bünövrəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Həmin dövrdə kənar amillər səbəbindən müəyyən maneələr yaransa da, Prezident İlham Əliyevin və Özbəkistanın yeni rəhbərliyinin siyasi iradəsi nəticəsində bu sahədə münasibətlər yenidən aktuallaşmış və daha ciddi, əməli addımlarla zənginləşib.
Mövcud qlobal təhlükəsizlik sisteminin mürəkkəbləşdiyi - yalnız kiçik və orta dövlətlər üçün deyil, hətta dünya supergücləri üçün də ciddi risklərin yarandığı şəraitdə düzgün müttəfiqlik strateji zərurətdir. Bu baxımdan, Azərbaycan ilə Özbəkistan arasında hərbi və hərbi-təhlükəsizlik istiqamətində əlaqələrin daha da dərinləşdirilməsi xüsusi aktuallıq kəsb edir.
Bu gün uğurla fəaliyyət göstərən Azərbaycan-Türkiyə hərbi müttəfiqlik modeli regional sabitlik üçün nümunədir. Bu model səviyyəsində müttəfiqlik münasibətlərinin Azərbaycan ilə Özbəkistan, habelə Qazaxıstan, Qırğızıstan və digər Türk dövlətləri arasında ikitərəfli və üçtərəfli formatlarda formalaşdırılması tarixi tələbatdır.
Bununla yanaşı, Özbəkistanın işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası və inkişafı prosesində yaxından iştirak etməsi iki dövlət arasında qardaşlıq münasibətlərinin əyani göstəricisidir.
İkitərəfli ticarət dövriyyəsinin həcmini artırmaq üçün yeni mexanizmlərin və təşviq imkanlarının tətbiqi, beynəlxalq bazarda rəqabət qabiliyyətini artırmaq məqsədilə birgə ticarət markalarının və brendlərin formalaşdırılması, tələbə-müəllim mübadiləsinin genişləndirilməsi, konkret istiqamətlər üzrə real nəticə verəcək birgə akademik tədqiqat modellərinin tətbiqi, qarşılıqlı turizm axınının təşviqi və birgə regional turizm marşrutlarının işlənib hazırlanması Azərbaycan-Özbəkistan münasibətlərində əsas prioritetlər sırasındadır.
Aynur Xəlilova - YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Professor Adilə Abbasova vəfat etdi
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya