Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin iqtisadi məzmununu daha da dərinləşdirən mühüm mərhələdir.
Bu gün əməkdaşlıq artıq təkcə siyasi dialoqla məhdudlaşmır, investisiya, sənaye, nəqliyyat və logistika sahələrində konkret birgə layihələrlə möhkəmlənir: "Son illərdə ticarət dövriyyəsinin sürətlə artması bunun ən bariz göstəricisidir. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 795 milyon dollara çataraq əvvəlki illə müqayisədə üç dəfədən çox artıb, bu ilin ilk aylarında isə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Bu dinamika göstərir ki, hər iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayan potensiala malikdir. Qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, Orta Dəhliz üzrə nəqliyyat imkanlarının genişlənməsi və biznes üçün yaradılan yeni mexanizmlər bu artımın əsas hərəkətverici qüvvələridir.
Azərbaycan və Özbəkistan Orta Dəhlizin əsas tərəfdaşlarıdır. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu üzrə konteyner daşımaları genişlənib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Xəzər üzərindən Özbəkistan yüklərinin Azərbaycandan Avropaya çıxışı sürətlənib, 2025-ci ildə yük daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib. Həmçinin Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında imzalanan yaşıl enerji əməkdaşlığı Xəzər vasitəsilə gələcəkdə yaşıl elektrik ixracı üçün strateji əsas yaradır. Bu, Türk dünyasını ilk dəfə enerji infrastrukturunda vahid platformada birləşdirən layihələrdən biridir.
Ən mühüm mexanizmlərdən biri 500 milyon dollar həcmində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətidir. Şirkət sənaye, tekstil, kənd təsərrüfatı, tikinti materialları və logistika sahələrində birgə müəssisələri maliyyələşdirir və qarşılıqlı investisiyaların əsas alətinə çevrilib. Azərbaycanın Özbəkistandakı investisiyaları artıq ticarətdən daha geniş miqyas alıb və əsasən sənaye, energetika və tikinti sahələrini əhatə edir. Neft-qaz sektorunda əsas layihələrdən biri kimi SOCAR və "Özbəkneftqaz"ın Üstyurt bölgəsində 6 neft-qaz blokunun kəşfiyyatı və işlənməsi üzrə birgə həyata keçirdiyi layihəni göstərə bilərik. SOCAR layihənin operatorudur. Azərbaycan şirkətləri Özbəkistanda yaşayış, şəhərsalma və infrastruktur layihələrində iştiraklarını genişləndirir. Həmçinin "Sea Breeze Uzbekistan" Azərbaycanın özəl kapitalının Özbəkistana ən iri investisiya layihələrindən biridir. Layihə Çarvak gölü sahilində müasir turizm və yaşayış şəhərciyinin yaradılmasını nəzərdə tutur. İnvestisiya həcmi mərhələli şəkildə 5 milyard dollara qədər qiymətləndirilir və minlərlə yeni iş yeri yaradacaq. "Sea Breeze Uzbekistan" layihəsi göstərir ki, Azərbaycan-Özbəkistan əməkdaşlığı artıq yalnız ticarətlə məhdudlaşmır, qarşılıqlı birbaşa investisiyalar və turizm infrastrukturu sahəsində də strateji mərhələyə daxil olub.
Prezident İlham Əliyevin Özbəkistan səfəri yalnız ikitərəfli görüş deyil, Mərkəzi Asiya-Cənubi Qafqaz xəttində yeni strateji arxitekturanın möhkəmləndirilməsi kimi qiymətləndirilə bilər: "Bu səfərin əsas mesajı ondan ibarətdir ki, Azərbaycanın Mərkəzi Asiyaya çıxış qapısı, Özbəkistanın isə regionun ən böyük iqtisadi güclərindən biri kimi qarşılıqlı əlaqələrinin güclənməsidir. Geoiqtisadi baxımından iki ölkə arasında əməkdaşlıq artıq ticarətdən istehsal və investisiya mərhələsinə keçir. Orta Dəhliz üzrə yükdaşımalarının genişlənməsi, Bakı-Tbilisi-Qars xətti ilə Avropaya çıxış, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, "Sea Breeze Uzbekistan" kimi iri özəl investisiya layihələri bu əməkdaşlığın bariz nümunəsidir. Bu model Azərbaycanı logistika mərkəzi, Özbəkistanı isə istehsal və xammal bazası kimi bir-birini tamamlayan iki etibarlı iqtisadi tərəfdaşa çevirir.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Professor Adilə Abbasova vəfat etdi
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Prezident onları təltif etdi - Adlar
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya