Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır

Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanırAzərbaycan-Özbəkistan münasibətləri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı qarşılıqlı etimad və səmimi dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına güclü impuls verib. Nəticədə münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçılarının 2024 və 2025-ci illərdə həyata keçirdikləri dövlət səfərləri və imzalanmış sənədlər bu münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.

Budəfəki səfərin əsas xüsusiyyətlərindən biri Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsidir. Gündəliyə ticarətin artırılması, biznes və regionlararası əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və tranzit imkanlarından daha səmərəli istifadə, eləcə də mədəni-humanitar əlaqələrin inkişafı daxildir.
Xüsusilə iqtisadi-ticari əlaqələrin dinamik inkişafını qeyd etmək lazımdır. Azərbaycan Prezidentinin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Bu göstərici əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir.

Digər mühüm istiqamət nəqliyyat və tranzit əməkdaşlığıdır. Azərbaycan ilə Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqazı və daha geniş Avrasiya məkanını birləşdirən nəqliyyat dəhlizlərində fəal əməkdaşlığı hər iki ölkənin iqtisadi və geosiyasi imkanlarını artırır. Bakı və Daşkəndin bu sahədə birgə fəaliyyəti Orta Dəhlizin inkişafına və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər.

Eyni zamanda, Azərbaycan və Özbəkistan arasında şəhərlərarası qardaşlaşma təşəbbüsləri, mədəniyyət, təhsil, turizm və humanitar əlaqələr xalqlarımızı daha da yaxınlaşdırır. Bu münasibətlər yalnız dövlətlərarası əməkdaşlıq deyil, həm də xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq bağlarının gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan bu gün yalnız regionlararası əməkdaşlıq proseslərinin fəal iştirakçısı deyil, həm də Şərqlə Qərb arasında mühüm bağlantı və əməkdaşlıq platformalarından birinə çevrilir.

"Əminliklə demək olar ki, Prezident İlham Əliyevin dövlət səfəri Azərbaycan-Özbəkistan müttəfiqliyini yeni məzmunla zənginləşdirəcək, iqtisadi və siyasi əlaqələrin daha da genişlənməsinə, Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə və regionda sülh, sabitlik və davamlı inkişaf proseslərinə mühüm töhfə verəcək.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 204   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr