İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcək

İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcəkSon illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərdə yüksək dinamika müşahidə olunur. Bu xüsusda, yüksəksəviyyəli qarşılıqlı səfərlər, əldə olunan razılaşmalar, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişlənməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birinin artıq daha geniş geosiyasi və geoiqtisadi məzmun qazandığını göstərir.

Ortaq tarixi köklər, mədəni və mənəvi yaxınlıq üzərində formalaşan əlaqələr bu gün siyasi dialoq, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat-logistika və humanitar əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı ortaq maraqlara malik dövlətlərin vahid əməkdaşlıq məkanının formalaşdırılmasına mühüm töhfə verir. Xüsusən Şərq-Qərb nəqliyyat bağlantılarının əhəmiyyətinin sürətlə artması bu əməkdaşlığın strateji önəmini daha da artırır.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bildirdiyi kimi, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir. Təbii ki, ölkəmizin Özbəkistan ilə strateji müttəfiqliyi bu baxımdan böyük önəm kəsb edir. Ölkələrimiz arasında tarixi-mənəvi yaxınlıq artıq konkret siyasi və iqtisadi mexanizmlərlə tamamlanaraq dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafını təmin edir .

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında mövcud olan dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin hərtərəfli inkişafında mühüm rol oynadığını söyləyən Şahin İsmayılov bildirib ki, 2024-cü ildə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə"nin və 2025-ci ildə "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması dövlətimizin başçısının da qeyd etdiyi kimi, ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.

Qarşılıqlı etimad, yüksəksəviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrin genişlənməsini uğurla təmin edir. Mövcud iqtisadi göstəricilər də bu inkişafı əks etdirir. Belə ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması ikitərəfli iqtisadi münasibətlərdə ciddi dinamikanın yarandığını göstərir. 2026-cı ilin yanvar-may aylarında da artım tendensiyası davam edib. Ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz yüksəlib. Eyni zamanda, ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti iqtisadi sahədə əməkdaşlıq üçün geniş perspektivlər açır.

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi qardaş xalqlarımızın rifahının yaxşılaşmasına xidmət etməklə yanaşı, regionun dayanıqlı inkişafında mühüm rola malikdir. Xəzər regionunda formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada, iqtisadi maraqların uzlaşdırılmasına, ortaq strateji maraqlara əsaslanmaqla bütövlükdə Avrasiya məkanında sabitliyə, bağlantıların güclənməsinə və davamlı inkişafa töhfə verəcək.

Cavid Fərhadov - ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 235   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr