Ölkə başçısının Özbəkistana səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır

Ölkə başçısının Özbəkistana səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyırAzərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər son illərdə nəzərəçarpacaq dinamika nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2024-cü illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması bu dinamikanın mühüm göstəricilərindəndir. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon ABŞ dolları təşkil edib.

Həmin göstəricilər iki ölkənin iqtisadi potensialının tam həcmdə reallaşdırılması üçün hələ böyük imkanların mövcud olduğunu göstərir. Məhz buna görə də Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması strateji iqtisadi hədəf kimi qarşıya qoyulub. Hesab edirəm ki, hazırkı artım dinamikası və biznes dairələri arasında formalaşan əlaqələr bu hədəfin real və əlçatan olduğunu göstərir.
İqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri qarşılıqlı investisiyaların artırılması və sənaye kooperasiyasının genişləndirilməsidir. 2023-cü ildə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti bu baxımdan mühüm institusional mexanizmə çevrilib. Şirkətin fəaliyyəti hər iki ölkədə müxtəlif sahələr üzrə perspektivli investisiya layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

Azərbaycan və Özbəkistan artıq yalnız hazır məhsulların ticarəti ilə kifayətlənməməli, birgə istehsal, texnologiya transferi, əlavə dəyər zəncirlərinin yaradılması və üçüncü ölkələrin bazarlarına birgə çıxış istiqamətində fəaliyyətlərini genişləndirməlidirlər. Bu baxımdan avtomobil sənayesində mövcud əməkdaşlıq mühüm nümunədir.
Azərbaycan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün platformaya çevrilə bilər. Ələt Azad İqtisadi Zonası, Azərbaycanın liman infrastrukturu, dəmir yolları və multimodal nəqliyyat imkanları Özbəkistan şirkətlərinin Qərb bazarlarına çıxışını asanlaşdıra, öz növbəsində Özbəkistanın sənaye və istehsal imkanları Azərbaycanın Mərkəzi Asiya bazarlarında mövqelərinin güclənməsinə xidmət edə bilər.

Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq yalnız enerji təhlükəsizliyi baxımından deyil, həm də Türk dünyasında yeni enerji bağlantılarının formalaşdırılması baxımından əhəmiyyətlidir.

Azərbaycanın bərpaolunan enerji potensialı, Özbəkistanın enerji sistemində aparılan transformasiya və Mərkəzi Asiya ölkələrinin artan enerji tələbatı arasında sinerji yaratmaq mümkündür. Yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə regional layihələr gələcəkdə iqtisadi əməkdaşlığın yeni və yüksək texnologiyalı istiqamətlərindən birinə çevrilə bilər.
Azərbaycan-Özbəkistan Regionlararası Forumunun artıq dördüncü dəfə keçirilməsi və müxtəlif şəhər və rayonların prosesə cəlb olunması əməkdaşlığın yalnız mərkəzi hökumətlər səviyyəsində deyil, regionlar və biznes subyektləri arasında da genişləndiyini göstərir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iqtisadi gündəliyin genişliyi iki ölkə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsindən daha dərin iqtisadi inteqrasiya mərhələsinə keçdiyini göstərir.

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının inkişafı yalnız iki ölkənin iqtisadiyyatları üçün deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyası üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarının daha sıx birləşdirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi bağlantıların yaranmasına, Orta Dəhlizin səmərəliliyinin yüksəldilməsinə və Türk dövlətləri arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə xidmət edə bilər. Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri geniş regional iqtisadi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır.

Aydın Kazımbəyov - Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 229   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr