Azərbaycan-Özbəkistan münasibətləri: Avrasiyada yeni güc mərkəzi

Azərbaycan-Özbəkistan münasibətləri: Avrasiyada yeni güc mərkəziAzərbaycanın müstəqil xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın dərinləşdirilməsi xüsusi prioritet təşkil edir. Müasir dövrün mürəkkəb geosiyasi reallıqları fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri, xüsusən Özbəkistan arasında əlaqələri böyük əhəmiyyət kəsb edir. Köklü tarixə, mədəni və mənəvi bağlara söykənən bu münasibətlər iki ölkənin milli maraqlarının üst-üstə düşməsi ilə daha da möhkəmlənir. Xüsusən, regionlarımızda baş verən prosesləri, həmçinin qlobal səviyyədə mövcud olan meyilləri nəzərə alsaq, bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin qarşılıqlı inteqrasiyası, iqtisadi və nəqliyyat tərəfdaşlığının möhkəmlənməsi obyektiv zərurətdir və bu, hər iki ölkənin maraqlarına tam cavab verir.

Şübhəsiz, iki ölkə arasındakı münasibətlərin üst səviyyəyə çıxarılmasında liderlərin şəxsi dostluğu və intensiv təmasları həlledici rol oynayır. Prezident İlham Əliyevin siyasi iradəsi və xüsusi diqqəti ilə Özbəkistan ilə münasibətlər hazırda ən yüksək inkişaf mərhələsinə-müttəfiqlik səviyyəsinə gəlib çatıb və bütün sahələr üzrə hərtərəfli əməkdaşlıq əlaqələri formalaşıb. Dövlətimizin başçısının Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli şəxsi münasibətlərə malik olması bu əlaqələrin inkişaf dinamikasına mühüm təkan verir və əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev də həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər edib. Burada əsas məqam liderlər arasındakı ali etimadın dövlət institutlarının davamlı fəaliyyət mexanizminə inteqrasiya olunmasıdır. Müttəfiqlik Müqaviləsi, Ali Dövlətlərarası Şura və yüksəksəviyyəli müntəzəm təmaslar uzunmüddətli koordinasiyanın möhkəm bünövrəsini təşkil edir.

 Bu kontekstdə Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfərinə getməsi iki ölkənin münasibətlərinin strateji xarakterini və tərəflər arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirir. Səfər iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçiriləcək. 

Azərbaycan və Özbəkistan demək olar ki, üzv olduqları bütün təşkilatlar çərçivəsində, xüsusilə də BMT, İƏT, TDT, AQEM, Qoşulmama Hərəkatı, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət Görüşü və digər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.
Azərbaycan Özbəkistan da daxil olmaqla Mərkəzi Asiya ölkələri ilə müstəsna xarakter daşıyan əlaqələrinin həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə dərinləşməsinə xüsusi əhəmiyyət verir. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqunun və regional əməkdaşlığının inkişafında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü mühüm rol oynayır.

Azərbaycan və Özbəkistanı ortaq tarix, milli-mənəvi dəyərlər və türk kimliyi ilə yanaşı, qarşılıqlı milli maraqlar da birləşdirir. Son illərdə əlaqələr siyasi münasibətlərdən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrə qədər genişlənib. Dövlətimizin başçısının Özbəkistana budəfəki səfəri də mövcud əməkdaşlığın dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 
Siyasi dialoqun dayanıqlılığını müəyyən edən əsas amil onun real iqtisadi məzmun qazanmasıdır. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 795 milyon dollara çatması və 2026-cı ilin ilk aylarında müsbət dinamikanın saxlanılması iqtisadi tutumun sürətlə genişləndiyini göstərir. 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, Azərbaycanda 130-dan çox Özbəkistan kapitalı ilə şirkətin fəaliyyəti, Özbəkistanda "PASHA Holding" və "Sea Breeze" layihələri, neft-qaz sektorunda "Turan Energy AFEZCO" birgə müəssisəsi əməkdaşlığın miqyasını əks etdirir. Əsas məsələ odur ki, birgə investisiya layihələri və sənaye kooperasiyası tərəfləri bir-birini tamamlayan istehsal tərəfdaşlarına çevirir, formalaşan birgə istehsal və investisiya zəncirləri isə iqtisadi maraqları uzunmüddətli edir. 
Enerji əməkdaşlığı da iki ölkə münasibətlərinə yeni geostrateji çalarlar əlavə edir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında formalaşan "yaşıl enerji" tərəfdaşlığı və bərpaolunan elektrik enerjisinin Xəzərin dibi ilə Avropaya nəqli layihəsi Avrasiyanın enerji xəritəsini yenidən cızır. Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"nin Xəzər dənizi üzərindən Avropaya nəqli müxtəlif regionların enerji sistemlərini vahid şəbəkədə qovuşdurur. Azərbaycanın buradakı rolu yalnız enerji istehsalçısı olmaqla bitmir, Mərkəzi Asiyanın potensialını Qərbə birləşdirən strateji tranzit platformasına çevrilir. 

Tərəfdaşlığın mənəvi təməlini mədəni-humanitar sahədə qurulan körpülər təşkil edir. Qarşılıqlı Mədəniyyət Günləri, Daşkənddəki Nizami Gəncəvi adına Universitet, Bakıdakı "Özbəkistan" parkı və xüsusilə işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb bu səmimi qardaşlığın simvollarıdır. Dövlətimizin başçısı humanitar bağların mənəvi əsaslarını belə xarakterizə edib: "Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb".

Azərbaycan-Özbəkistan əməkdaşlığının dərinləşməsi həm ikitərəfli münasibətlərə, həm də bütövlükdə türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha güclü aktora çevrilməsinə mühüm töhfə verəcək. Geosiyasi qütbləşmənin artdığı bir dövrdə Azərbaycan və Özbəkistan üçün müstəqil xarici siyasət kursunun qorunmasının əsas şərti milli maraqların, dövlət suverenliyinin və ərazi bütövlüyünün prioritet olaraq saxlanılmasıdır. Hər iki ölkənin müxtəlif güc mərkəzləri ilə münasibətlərində praqmatik və balanslı siyasət yürütməsi onların xarici təsirlərdən asılılığını azaltmaqla yanaşı, regional mövqelərini də gücləndirir. 

Azərbaycan və Özbəkistanın formalaşdırdığı sarsılmaz körpü Cənubi Qafqaz və Mərkəzi Asiyanın müstəqil geosiyasi məkanlardan vahid, bir-birini tamamlayan bağlantı sisteminə keçidini təmin edir. Bu tərəfdaşlıq Şərqlə Qərb arasında yeni geostrateji məkanın dayaq nöqtəsinə çevrilərək Avrasiyanın yeni bağlantı xəritəsini müəyyənləşdirir.

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 227   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr