Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının inkişafına mühüm töhfə verəcək
Özbəkistan Azərbaycan üçün vacib və qardaş ölkədir. Dünyada etnik, mədəni və dil baxımından bir-birinə yaxın olan çoxsaylı ölkələr var. Lakin bu qədər isti və səmimi münasibətlərə malik ölkələrin sayı çox azdır. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolu var. Azərbaycan və Özbəkistan liderləri arasında mütəmadi görüşlər keçirilir, çox mühüm sazişlər imzalanır.
Azərbaycan-Özbəkistan münasibətləri dünya miqyasında nümunə kimi göstərilə bilər. Bu da təbii olaraq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir. Ötən il bu isti münasibətlərin nəticəsi olaraq iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb. Tranzit daşımalarının həcmində də davamlı artım müşahidə olunur və müsbət dinamika var.
İnvestisiya sahəsində də əlaqələr genişlənir: "Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı müxtəlif sektorlarda fəaliyyət göstərir. Lakin bununla kifayətlənməməliyik. Ərazimizdən Orta Dəhliz keçir, bu marşrutun inkişafı üçün institusional strukturların yaradılması vacibdir və artıq bu istiqamətdə müəyyən addımlar atılır, müvafiq sərəncamlar imzalanır.
Qarşıdakı dövrdə yaşıl enerji və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Artıq Azərbaycan-Özbəkistan əlaqələri yeni mərhələyə qədəm qoyub. İmzalanan sənədlər təkcə iqtisadi deyil, bütün sahələr üzrə münasibətlərin inkişafına təkan verəcək. Artıq yeni mərhələyə keçirik. Yaşıl enerji, rəqəmsal texnologiyalar, trikotaj və digər sahələrdə əməkdaşlıq genişlənir. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin yaradılması da bunun göstəricisidir. Artıq birgə məhsullarla dünya bazarlarına çıxmaq imkanımız yaranır.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün çox əlverişli şərait yaradılıb. Bu əməkdaşlıq yalnız Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin inkişafına deyil, bütövlükdə region ölkələrinə, xüsusilə Türk dünyasına mühüm töhfə verəcək.
Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 221 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
30 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrKeyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30 oktyabrMehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabr"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30 oktyabrMaaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd
30 oktyabrKəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü
Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə
29 oktyabr