Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji Tərəfdaşlığa

Azərbaycan-Özbəkistan münasibətləri: Müttəfiqlikdən geniş regional Strateji TərəfdaşlığaSon illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələri genişlənib. Bu da regionlar arasında yeni əməkdaşlıq modelinin formalaşmasına səbəb olub. Yeri gəlmişkən, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə "C5" formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Bakı-Daşkənd münasibətlərinin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional məna qazandığının göstəricisidir. Şübhəsiz, Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Siyasətçilərin fikrincə, bu məsələdə Azərbaycanın və Özbəkistanın mövqeyi xüsusilə əhəmiyyətlidir. Xatırladaq ki, Azərbaycan Xəzər və Cənubi Qafqaz istiqamətində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində mühüm dayaq nöqtələridir. İki ölkənin siyasi və iqtisadi yaxınlaşması bu coğrafiyaları bir-birinə daha sıx bağlayır.

Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. İmzalanan çoxsaylı sənədlər, xüsusən "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirib. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirib və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açıb. Şübhəsiz, bu prosesdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin və Prezident İlham Əliyevin xidmətləri böyükdür. Yeri gəlmişkən, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib.

Prezident İlham Əliyev Özbəkistana budəfəki dövlət səfəri isə iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Bu səfər çərçivəsində də tərəflər arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən bir sıra əhəmiyyətli sənədlərin imzalanması nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan və Özbəkistan arasında indiyə qədər 220-yə yaxın sənəd imzalanıb, bir neçə sənəd layihələrinə baxılmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan-Özbəkistan münasibətlərinin potensialını müəyyən edən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Bu baxımdan Orta Dəhliz iki ölkənin coğrafi mövqelərini vahid regional üstünlüyə çevirən əsas platformalardan biridir. Marşrut Mərkəzi Asiyanın istehsal və ixrac imkanlarını Xəzər vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə əlaqələndirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Eyni zamanda, 2022-ci ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Saziş iki ölkə arasında avtomobil daşımalarının inkişafını daha da sürətləndirib.

Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq da uğurla inkişaf edir. Özbəkistanın "OZLITINEFTGAZ" İnstitutunun və "SOCAR NIPI Nefteqaz"ın bazasında yaradılmış "Neftegaztexnologiya" birgə müəssisəsi 2016-cı ildən neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. 2024-cü il noyabrın 13-də COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu təşəbbüs Mərkəzi Asiyada istehsal edilən bərpaolunan enerjinin Xəzər və Qara dəniz marşrutu ilə Avropa istiqamətində ötürülməsi üçün yeni imkanlar yaradır. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda "Yaşıl Dəhliz Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Prezident İlham Əliyevin sözləri ilə  desək, bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.
Yeri gəlmişkən, iki qardaş ölkə arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Səfər zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən bir sıra vacib sənədlər imzalanıb.

Qvami Məhəbbətoğlu - araşdırmaçı-jurnalist


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 249   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr