Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib

Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlibAzərbaycan-Özbəkistan əlaqələrin təməlində siyasi konjonktura deyil, əsrlərin sınağından çıxmış tarixi, milli və mənəvi bağlılıq dayanır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, eyni mənəvi dəyərlər və tarix boyu formalaşmış qarşılıqlı rəğbət birləşdirir. Məhz bu möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə sürətlə inkişaf edərək ən yüksək səviyyəyə - müttəfiqlik mərhələsinə yüksəlib. Prezident İlham Əliyev də Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bu münasibətlərin məhz ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykəndiyini xüsusi vurğulayıb.

Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinə başlaması bu münasibətlərin artıq hansı səviyyəyə çatdığını bir daha nümayiş etdirdi.

Azərbaycan və Özbəkistan türk dünyasının iki böyük mədəniyyət mərkəzidir. Bir tərəfdə Nizami, Füzuli, Nəsimi kimi böyük Azərbaycan mütəfəkkirlərinin irsi, digər tərəfdə Əlişir Nəvai, Mirzə Uluqbəy və Əmir Teymur kimi tarixi şəxsiyyətlərin qoyduğu zəngin irs var. Bu mədəniyyətlər əsrlər boyu bir-birindən bəhrələnib, bir-birini tamamlayıb. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü yüksəlişi əslində tarixi bağlılığın müasir dövlətçilik siyasəti ilə yenidən ifadəsidir.

Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı hörmət və etimadın xüsusi rolu var. Bu, çox mühüm amildir. Çünki dövlətlər arasında müqavilələr və sənədlər münasibətlərin hüquqi bazasını yaradır, lakin onların davamlı və effektiv həyata keçirilməsi siyasi iradə tələb edir.

Son illərdə Azərbaycan və Özbəkistan liderlərinin qarşılıqlı səfərlərinin intensivliyi də bu siyasi iradənin göstəricisidir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Deməli, bugünkü səmimiyyətin arxasında konkret siyasi sənədlər, konkret razılaşmalar və ardıcıl dövlət siyasəti dayanır.

Azərbaycan-Özbəkistan münasibətlərini fərqləndirən əsas xüsusiyyətlərdən biri də iki ölkənin yalnız ikitərəfli formatda deyil, beynəlxalq platformalarda da bir-birinə yaxın mövqedən çıxış etməsidir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər platformalarda əməkdaşlıq iki ölkənin siyasi dialoqunu daha geniş müstəviyə çıxarır.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri ona görə mühümdür ki, bu səfər artıq münasibətlərin formalaşdırılması mərhələsinə deyil, əldə edilmiş müttəfiqliyin daha da dərinləşdirilməsi mərhələsinə təsadüf edir.

Bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlərin hüquqi bazası var, siyasi etimad var, iqtisadi layihələr var, beynəlxalq platformalarda qarşılıqlı dəstək var, liderlər arasında səmimi münasibət var və ən əsası - xalqlar arasında tarixi bağlılıq var.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 258   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr