Azərbaycan və Özbəkistan arasında münasibətlər daha da möhkəmlənir

Azərbaycan və Özbəkistan arasında münasibətlər daha da möhkəmlənirDövlətimizin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistan ilə əlaqələr də bu baxımdan böyük əhəmiyyətə malikdir.

Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri ötən dövr ərzində davamlı olaraq inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

"İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır", bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Onu da qeyd edək ki, Liderlərin intensiv qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayıb. Son illərdə imzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" ikitərəfli əlaqələrin hüquqi bazasını daha da möhkəmləndirib. Həmçinin təsis edilən Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.
Özbəkistan keçmiş Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Yerigəlmişkən, qardaş ölkə tərəfindən Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və "Dostluq bağı" bu dəstəyin və sarsılmaz birliyin parlaq rəmzləridir. 

Qarşılıqlı etimad eyni zamanda iqtisadi və ticari sahədə də əksini tapır, ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. 500 milyon dollar kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəal layihələr həyata keçirir. Avtomobil sənayesi, energetika, "yaşıl enerji" və nəqliyyat-logistika sahələrində sıx əməkdaşlıq mövcuddur. İki ölkənin coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta dəhliz çərçivəsində yükdaşımaların həcmini artırmağa imkan verir. Prezident İlham Əliyev müsahibəsində iqtisadi əlaqələrin inkişaf tempini belə ifadə edib: "İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb". 

Çoxtərəfli diplomatiya müstəvisində, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Hər iki dövlət TDT-ni türk dünyasının siyasi, iqtisadi və mənəvi gücünü artıran mühüm birlik kimi qiymətləndirir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə "C5" formatının "C6" formatına çevrilməsi regionlararası inteqrasiyanı yeni səviyyəyə qaldırıb.

İkitərəfli münasibətlərin vacib elementlərindən biri də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır. 

Dövlətlərarası inteqrasiyanı tamamlayan mühüm amillər arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq da önəmli rol oynayır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, mütəmadi təşkil olunan Mədəniyyət Günləri, media forumları və ali təhsil müəssisələri arasındakı birbaşa əməkdaşlıq xalqlarımızın bir-birini daha yaxından tanımasına, gənc nəsillər arasında mənəvi körpülərin sarsılmaz olmasına xidmət edir. 
Əminliklə deyə bilərik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 257   Tarix: 25 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Qaynarinfo xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barəd

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Sea Breeze"in birgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafat olaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayış kompleksində mənzil qazanıb. xəbər verir ki, lotereya "AZA

29 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr