Faizlə borc verən şəxslərə XƏBƏRDARLIQ: Hansı vergi məsuliyyəti gözləyir?
Fiziki şəxslər arasında faizlə borc münasibətləri müəyyən şərtlər daxilində mülki-hüquqi münasibət kimi rəsmiləşdirilə bilər. Mülki Məcəllə borc və kredit müqavilələrini tanıyır və müstəqil peşə fəaliyyəti formasında davamlı kredit vermə halında əlavə hüquqi tələblərin nəzərə alınmasını nəzərdə tutur.
Bəs, fiziki şəxsin faizlə borc verməsi hansı məqamdan etibarən sahibkarlıq və ya qanunsuz maliyyə fəaliyyəti sayıla bilər və bunu sistemli şəkildə həyata keçirən şəxsi hansı hüquqi və vergi məsuliyyəti gözləyə bilər?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən fiziki şəxsin başqa bir şəxsə faiz müqabilində borc verməsi prinsip etibarilə qanunla qadağan edilmir və adi mülki hüquqi münasibət sayılır.
"Belə münasibətlərin adi mülki xarakter daşıması üçün borcvermə təktərəfli, istisna və ya nadir hallarda baş verməli, tərəflərin müqavilə sərbəstliyi çərçivəsində rəsmiləşdirilməli və ictimai xarakter daşımamalıdır. Lakin Mülki Məcəllənin 740.10-cu maddəsinin tələblərinə görə, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, eləcə də qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilərək dövriyyəyə buraxılması fəaliyyətin xarakterini dəyişir. Bu fəaliyyət müntəzəmlik, gəlir götürmək məqsədi və geniş şəxs dairəsini əhatə etmək əlamətləri qazandıqdan etibarən artıq sadə borc münasibəti deyil, qanunsuz sahibkarlıq və ya lisenziyasız maliyyə-kredit fəaliyyəti kimi qiymətləndirilir".
Vəkil bildirib ki, qanunvericiliyə görə, qeyri-məhdud şəxslərə sistemli şəkildə kredit verilərək faiz qazanılması yalnız Mərkəzi Bankın müvafiq lisenziyasına sahib olan banklar, bank olmayan kredit təşkilatları (BOKT) və ya lombardlar kimi xüsusi subyektlər tərəfindən həyata keçirilə bilər:
"Davamlı və sistemli şəkildə faizlə borc verən fiziki şəxsi bir neçə müstəvidə hüquqi məsuliyyət gözləyir. İnzibati müstəvidə, lisenziya və ya vergi qeydiyyatı olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, habelə əldə edilən faiz gəlirlərindən vergiləri bəyan etməməyə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati cərimələr tətbiq olunur. Əgər bu fəaliyyət nəticəsində dövlətə vurulmuş ziyan və ya əldə edilmiş qanunsuz gəlir böyük məbləğ təşkil edərsə, şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci Qanunsuz sahibkarlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Bundan başqa, şəxs borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etdikdə, hakim müqavilənin mahiyyətini araşdıraraq onun qanunsuz maliyyə fəaliyyəti olduğunu müəyyən edərsə, iş üzrə xüsusi qərardad çıxararaq materialları hüquq-mühafizə orqanlarına göndərə bilər və qanunsuz fəaliyyətdən doğan faiz tələblərini rədd edib borcverənin yalnız əsas borc məbləğinə hüquqi iddia qaldırmasına şərait yarada bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya