Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin vətənpərvərliyiniz və Azərbaycana fədakarcasına xidmətiniz, ölkənin inkişafına dair əsas məsələlərə diqqətiniz və töhfəniz hörmət və heyranlıq hissləri doğurur.
Belarusda Sizin Minsk ilə Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, həmçinin münasibətlərimizin haqlı olaraq əsl dostluq nümunəsi hesab oluna biləcəyi etimad ab-havasının və qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndirirlər.
Əminəm ki, Sizin səmərəli fəaliyyətiniz birgə layihələrin həyata keçirilməsinə, Belarus ilə Azərbaycan arasında açıq və konstruktiv dialoq ruhunda əməkdaşlığın bundan sonra da genişləndirilməsinə kömək edəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və yeni nailiyyətlərin əldə olunmasında uğurlar arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 626 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Estoniya XİN rəhbərini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı. Azərbaycanla Estoniya arasında münasibətləri
27 noyabrİlham Əliyev Maka Boçorişvilini qəbul etdi - Foto
Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlar
24 noyabrKəlbəcər Şəhəri Günü
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər "toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarını
23 noyabr"Dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Mavritaniya İslam Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütü
28 noyabrİlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbayca
21 noyabrİlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqınd
23 noyabr