Ceyhun Aşurov: Turizm təkcə otel, restoran, qidalanma, hava limanı, təyyarə biletindən ibarət deyil
Turizm müasir dövrdə ölkələrin iqtisadi və sosial inkişafında mühüm rol oynayan sahələrdən biridir. Təbii sərvətləri, tarixi-mədəni irsi və zəngin turizm potensialı olan ölkələr üçün bu sektor yeni iş yerlərinin yaradılması, regionların inkişafı, sahibkarlığın dəstəklənməsi və ölkəyə xarici valyuta axınının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Ölkəmizdə turizmin inkişafı iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində prioritet məsələlərdən biridir.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Skal Baku Turizm peşəkarları" təşkilatının sədri, turizm üzrə ekspert Ceyhun Aşurov vacib məqamlara toxunub:
"Turizmin məşğulluğun artırılmasında, gəlirlərin paylanmasında, regionların infrastrukturun inkişaf etdirilməsində rolu böyükdür. Çünki turizm təkcə otel, restoran, qidalanma, hava limanı, təyyarə biletindən ibarət deyil, o həmçinin bir neçə yan sahələri stimullaşdırır. İqtisadiyyatın digər sahələrini də stimullaşdırır və bu mənada regionların inkişafına da müsbət təsir göstərə bilir. Son dövrlər xüsusilə ekoturizm, kənd turizminin inkişafı, regionlarda infrastrukturun yaradılması ilə bağlı onu demək olar ki, bu insanların həm rayonlardan paytaxta köçünün qarşısını alır, eyni zamanda regionlarda iş yeri yaratmaqla ora investisiyaları cəlb edir"
Ekspert həmçinin ekoturizmin əhəmiyyətindən söz edib:
"Ekoturizm ekologiyanın qorunmasını nəzərdə tutan turizm növüdür və sırf təbiətdə, açıq havada, xüsusən sonrakı dövürdə daha da aktuallaşan bir turizm növüdür. Bu istiqamətdə də müxtəlif işlər görülür və kifayət qədər Azərbaycanın bunun inkişafı üçün rekreasiya resursları vardır. Əlavə olaraq qeyd edim ki, bu yaxınlarda 20 avqustda cənab Prezident turizmin inkişafı ilə bağlı 2026-2030-cu illər dövlət proqramını təsdiq etdi və burada da bir çox məsələlərə toxunuldu. Orada mərhələli şəkildə nəzərdə tutulan adddımların atılması turizmin inkişafına, turistlərin sayının artımına gətirib çıxara bilər"
Onun sözlərinə görə, 2030-cu ilə qədər turistlərin sayının təxminən 4 milyona çatdırılması gözlənilir. Ceyhun Aşurov eyni zamanda ölkəmizin daha çox turist qəbul etməsinə şərait yarada biləcək amillərdən danışıb:
"Əlbəttə,bunun üçün də atılacaq addımlar, kiçik və mikrosahibkarlığın dəstəklənməsi, çarter reyslərinə subsidiyaların verilməsi, mütəmadi reyslər üçün subsidiyaların optimallaşdırılması proqramının olması, bu biletlərin daha əlçatan olması üçün müvafiq addımların atılması, eyni zamanda böyük tədbirlərin keçirilməsi ilə bağlı təşviqin olması, infrastrukturun yaradılması ilə bağlı, otel tikintisi ilə bağlı. Eyni zamanda tur operatorların xaricdən turist gətirən turizm şirkətlərinə müəyyən təşviqin olması- bütün bu kompleks adımlar gələcəkdə Azərbaycanın daha çox turist qəbul etməsinə şərait yarada bilər. Xüsusən də, orada beynəlxalq hava limanlarından Bakıdan başqa digər regional beynəlxalq hava limanlarından yararlanması, daha səmərəli istifadə olunması nəzərdə tutulmuşdur"
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya