Yeni Zelandiya uşaqları sosial mediadan uzaqlaşdırır

Yeni Zelandiya uşaqları sosial mediadan uzaqlaşdırır"Yeni Zelandiyanın Baş naziri Kristofer Laksonun təşəbbüsü dünyada uşaqların rəqəmsal təhlükəsizliyi məsələsinin artıq dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova Yeni Zelandiyanın 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq təşəbbüsünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Yeni Zelandiyada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs platformaların istifadəçilərin yaşını yoxlamasını və qaydalara əməl etməyən şirkətlərə ciddi maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutur. "Məsələnin koalisiya daxilində müəyyən fikir ayrılıqları yaratmasına baxmayaraq, müxalif Leyboristlər Partiyasının da qanunvericiliyi dəstəkləyəcəyini açıqlaması problemin siyasi və ictimai əhəmiyyətini göstərir. Əslində, söhbət artıq yalnız sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılmasından deyil, uşaqların rəqəmsal mühitdə hüquq və təhlükəsizliyinin necə qorunmasından gedir,- deyə qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycanda bu istiqamətdə mühüm hüquqi addımlar artıq atılıb:

Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamında Nazirlər Kabinetinə uşaqların sosial şəbəkələrdə zərərli məzmun və təsirlərdən qorunması, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan normativ hüquqi aktların layihələrinin hazırlanması tapşırılıb. Sonrakı mərhələdə formalaşdırılan qanunvericilik mexanizmi isə məsələyə daha konkret yanaşmanı ortaya qoyub. 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə fərdi rəqəmsal hesab yaratmasının qarşısının alınması, 16-18 yaş arasında olan uşaqlar üçün valideyn və ya qanuni nümayəndənin razılığı və nəzarəti mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Eyni zamanda yaşın yoxlanılması, zərərli və asılılıq yaradan məzmunun qarşısının alınması, uşaqların məxfiliyinin və rəqəmsal təhlükəsizliyinin qorunması ilə bağlı tələblər müəyyənləşdirilir.
Deputatın sözlərinə görə, bu məsələyə yalnız uşağın telefonunu əlindən almaq prizmasından yanaşmaq doğru deyil:
Burada söhbət daha böyük və daha mürəkkəb prosesdən gedir. Rəqəmsal dünya uşaqların psixologiyasına, davranışına, təhsilinə və dünyagörüşünə birbaşa təsir göstərir. Bu mühitdə faydalı informasiya və təhsil imkanları ilə yanaşı, manipulyativ məzmun, zorakılığı və təhlükəli davranışları təşviq edən materiallar, kibertəzyiq, saxta informasiya və asılılıq yaradan mexanizmlər də mövcuddur. Uşağın özünü bu risklərdən qoruma imkanları isə böyüklərlə müqayisədə daha məhduddur. Ona görə də rəqəmsal azadlıqla uşağın təhlükəsizliyi arasında düzgün balans yaratmaq dövlətin, valideynlərin, təhsil müəssisələrinin və sosial media platformalarının ortaq məsuliyyətidir.

E.Akimova Azərbaycanın yanaşmasında yalnız qadağa mexanizminin deyil, maarifləndirmənin də mühüm yer tutduğunu vurğulayıb:
Uşağı sosial şəbəkədən müəyyən müddətə uzaqlaşdırmaq mümkündür, amma onu rəqəmsal dünyadan tamamilə təcrid etmək nə realdır, nə də düzgün yanaşmadır. Məqsəd uşağın texnologiyadan qorxmasını deyil, ondan təhlükəsiz və məsuliyyətli istifadə etməsini təmin etmək olmalıdır. Bu baxımdan məktəblərdə rəqəmsal savadlılığın, kibertəhlükəsizliyin və məsuliyyətli onlayn davranışın öyrədilməsi, valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Uşağa yalnız nəyi etməməyi demək kifayət deyil, ona niyə və necə davranmalı olduğunu da öyrətmək lazımdır.

Millət vəkili hesab edir ki, yeni qaydaların effektivliyi ilk növbədə onların icra mexanizmlərindən asılı olacaq:

Ən çətin məsələ qanunun qəbulundan sonra onun real həyatda necə işləyəcəyidir. Uşağın yaşı necə yoxlanılacaq? Bu zaman şəxsi məlumatların təhlükəsizliyi necə təmin ediləcək? Xarici platformaların Azərbaycan qanunvericiliyinin tələblərinə əməl etməsi hansı mexanizmlərlə təmin olunacaq? Valideyn nəzarətinin hüquqi sərhədləri necə müəyyənləşdiriləcək? Saxta hesabların yaradılmasının və yaşın gizlədilməsinin qarşısı necə alınacaq? Bunlar çox ciddi suallardır və qanunun effektivliyi məhz həmin suallara veriləcək cavablardan asılıdır.
Deputat bildirib ki, yaş yoxlaması zamanı uşaqların şəxsi məlumatlarının qorunması xüsusi diqqət tələb edir:
Uşağın təhlükəsizliyini təmin etmək istəyərkən onun şəxsi məlumatlarının təhlükəsizliyini riskə atmaq olmaz. Yaşın yoxlanılması məqsədilə toplanan məlumatların saxlanılmaması, üçüncü şəxslərə ötürülməməsi və kommersiya məqsədləri üçün istifadə edilməməsi mühüm təminatlardır. Eyni zamanda 16-18 yaşlı istifadəçilər üçün təhlükəsiz rejim, gücləndirilmiş məxfilik, geolokasiyanın məhdudlaşdırılması, zərərli və asılılıq yaradan məzmundan qorunma kimi mexanizmlərin tətbiqi uşaqların rəqəmsal hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir.

Elnarə Akimova vurğulayıb ki, əsas prinsip qadağa xatirinə qadağa deyil, uşağın maraqlarını qoruyan ağıllı və balanslı tənzimləmə olmalıdır:

Sosial şəbəkə artıq uşaqların həyatından kənarda olan bir dünya deyil. Təhsil də oradadır, ünsiyyət də, informasiya da, yaradıcılıq imkanları da, təhlükə də. Ona görə dövlətin vəzifəsi uşağı rəqəmsal dünyadan tamamilə çıxarmaq deyil, onun həmin dünyada təhlükəsiz hərəkət edə bilməsi üçün aydın və işlək qaydalar müəyyənləşdirməkdir. Biz uşaqlarımızı texnologiyadan təcrid etməklə deyil, onları texnologiyanın imkanlarından düzgün istifadə etməyə və onun təhlükələrini tanımağa hazırlamaqla qoruya bilərik.

Millət vəkili əlavə edib ki, Yeni Zelandiya nümunəsi Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasətin əhəmiyyətini də bir daha gündəmə gətirir:

Yeni Zelandiyanın təşəbbüsü göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq gələcəyin deyil, bu günün məsələsidir. Azərbaycan da bu istiqamətdə hüquqi bazanın formalaşdırılması ilə mühüm bir mövqe ortaya qoyub. İndi əsas məsələ yalnız yaş həddinin müəyyənləşdirilməsi deyil. Əsas hədəf uşağın rəqəmsal hüquqlarını qorumaq, onu zərərli təsirlərdən müdafiə etmək, valideynlərin və platformaların məsuliyyətini dəqiq müəyyənləşdirmək, eyni zamanda uşaqların informasiya əldə etmək hüququnu qorumaqdır. Sağlam rəqəmsal mühit yalnız qadağalarla deyil, hüquqi tənzimləmə, maarifləndirmə, valideyn məsuliyyəti və rəqəmsal savadlılığın vəhdəti ilə yaradıla bilər.
Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 324   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi

"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna

29 oktyabr
.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

30 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr