Qadın usta, gözəllik salonda baş verənləri ifşa etdi: "Müştəriləri öpürdü" - VİDEO

Qadın usta, gözəllik salonda baş verənləri ifşa etdi: "Müştəriləri öpürdü" - VİDEOTürkiyənin Samsun şəhərində qadın salonunda çalışmış gənc qadının keçmiş müdiri barədə sosial mediada səsləndirdiyi iddialar gündəm olub. O, keçmiş salon sahibinin həm işçiləri, həm də müştəriləri narahat etdiyini və sərhədləri aşan davranışlar nümayiş etdirdiyini iddia edib.

Bu barədə Sonxeber.az xarici mediaya istinadla xəbər verir.

Keçmiş əməkdaşın sözlərinə görə, 42 yaşlı bərbər salona gələn qadınlara qarşı uyğun olmayan hərəkətlər edib. O, işçilərin də oxşar davranışlarla qarşılaşdığını bildirərək, "Adam açıq şəkildə toxunmağa çalışırdı. Məsələn, qız saç yuma bölməsində uzanır, gedib qəfil boynundan öpürdü. Qız da həmin anda nə deyəcəyini bilmirdi" deyə danışıb.

Gənc qadın keçmiş müdiri ilə ciddi mübahisə etdikdən sonra işdən ayrıldığını bildirib. Onun iddialarına görə, narahatlıq salon daxilində qalmayıb. Müştərilər də xidmət aldıqdan sonra sosial şəbəkələr vasitəsilə mesajlarla narahat ediliblər.

Keçmiş əməkdaş bu barədə çoxsaylı müştəridən şikayətlər eşitdiyini deyib: "Növbə alırsınız, gedib saçınızı düzəltdirirsiniz. Sonra mesaj qutunuzdan gələn mesajlar dayanmır". O, müştərilərdən aldığı çoxsaylı ekran görüntülərini də gördüyünü iddia edib.

Gənc qadın daha bir diqqətçəkən iddia səsləndirib. Onun sözlərinə görə, bəzi qadın müştərilər salon xidmətlərində endirim əldə etmək üçün bu davranışlara səssiz qalırdılar. O, yüksək məbləğli prosedurlara görə bəzi müştərilərin bu münasibətə göz yumduğunu iddia edərək buna etiraz edib.

Sosial mediada yayılan açıqlamalar geniş müzakirələrə səbəb olub. Qeyd olunanlar gənc qadının iddialarıdır və məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın olub-olmaması barədə məlumat verilməyib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 758   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

3 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1

11 oktyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr