Qarayara xəstəliyi ilə bağlı TƏHLÜKƏ: Ət alarkən DİQQƏTLİ OLUN

Qarayara xəstəliyi ilə bağlı TƏHLÜKƏ: Ət alarkən DİQQƏTLİ OLUNQarayara xəstəliyinin heyvanlar arasında yayılması ət və digər heyvan mənşəli məhsulların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Xüsusilə xəstə və ya qəfil ölmüş heyvanların ətinin qida kimi istifadə edilməsi insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu baxımdan kəsim məntəqələrində baytarlıq nəzarətinin və ətin satışdan əvvəl yoxlanılmasının əhəmiyyəti artır.

Bəs, kəsim məntəqələrindən alınan ətin qarayara və digər infeksiyalar baxımından təhlükəsizliyi necə təmin olunur və istehlakçı belə risklərdən qorunmaq üçün nələrə diqqət etməlidir?
Qarayara xəstəliyi ilə bağlı TƏHLÜKƏ: Ət alarkən DİQQƏTLİ OLUNMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, şəxsi təsərrüfatlarda heyvan saxlayan fermerlər baytarlıq nəzarətini gücləndirməlidirlər. Heyvanlar mütəmadi olaraq baytarlıq müayinəsindən keçirilməlidir.

""Öz təsərrüfatımdır, öz heyvanımdır, öz heyvanımın ətidir, mənə heç bir təsir edə bilməz" düşüncəsi absurddur və heç vaxt təhlükəsiz hesab oluna bilməz. Baytarlıq nəzarətində əsas məsələlərdən biri qarayara xəstəliyidir. Qarayara zoonoz xəstəlikdir və heyvandan insana keçə bilər. Buna görə də kəsimdən əvvəl mütləq baytarlıq müayinəsi aparılmalı, heyvanın klinik vəziyyəti qiymətləndirilməlidir. Xəstəlik və ya qarayara şübhəsi varsa, heyvan kəsimə buraxılmamalıdır. Kəsim baytarlıq nəzarəti altında və uyğun şəraitdə aparıldıqda ətin təhlükəsiz şəkildə satışa çıxarılması və istehlak edilməsi mümkün olur".

Ekspert bildirib ki, eyni zamanda, ətin hansı heyvana məxsus olduğu və hansı kəsim məntəqəsindən gəldiyi izlənilməlidir:

"Şübhəli hal varsa, həmin ət dövriyyəyə buraxılmamalıdır. Qarayara şübhəsi olan heyvanın özbaşına kəsilməsi çox təhlükəlidir. Bu, həm heyvanı kəsən şəxs, həm təsərrüfat sahibi, həm də həmin ətdən istifadə edən insanlar üçün yoluxma riskini artırır. Belə heyvanın kəsilərək ətinin restorana, bazara və ya digər satış nöqtələrinə aparılması ciddi risk yaradır. Kəsim məntəqəsində əldə olunan ətdə də qara yara törədicisinin olması mümkündür. Əgər kəsilən heyvan laborator müayinədən keçirilməyibsə, saxta laborator sənədi verilibsə və ya ətə formal şəkildə möhür vurularaq satışa göndərilirsə, belə risklər yarana bilər".

Onun sözlərinə görə, istehlakçı ətin təhlükəsizliyinə əmin olmaq üçün onun baytarlıq müayinəsindən keçdiyini təsdiq edən sənədlərə diqqət etməlidir:

"Baytarlıq-sanitariya ekspertizasından keçmə sənədləri, ətin mənşəyini təsdiq edən sənədlər və zəruri hallarda laborator müayinələrin nəticələri olmalıdır. Xüsusilə heyvanda xəstəlik şübhəsi varsa, laborator müayinə mütləq aparılmalıdır. "Əti yaxşı bişirdim, artıq heç bir xəstəliyə yoluxa bilmərəm, qarayara ola bilməz" düşüncəsi də düzgün deyil. Qarayara şübhəsi olan əti sadəcə yaxşı bişirmək və istehlak etmək təhlükəsiz üsul hesab olunmur. Qəfil ölmüş, xəstəlik şübhəsi olan və ya səbəbsiz şəkildə ölmüş heyvanın əti, həmçinin baytarlıq nəzarətindən kənarda kəsilmiş, mənşə və baytarlıq sənədləri olmayan ətlər istehlak üçün ciddi risk yaradır. Digər tərəfdən, restoran və kafelərdə ətin hansı mənbədən gətirildiyinin şəffaf olması vacibdir. Biz uzun müddətdir şəffaf mətbəx modelinə keçməyin vacibliyini deyirik. Təəssüf ki, bəzi restoran və kafelərdə "arxa qapı" modeli formalaşıb və ətlər həmin yolla gətirilir. Amma bu ətin haradan və hansı şəraitdə gətirildiyini bəzən heç kim bilmir".

Ekspert qeyd edib ki, bu gün şəhərin mərkəzində at əti satışının olması ilə bağlı iddialar da səslənir:

"Amma burada əsas suallardan biri həmin ətin şəhərə necə daxil olması, onun kəsimi və dövriyyəsi ilə kimin məşğul olmasıdır. Sənədsiz və mənşəyi məlum olmayan ətlərin dövriyyəyə buraxılması insanların sağlamlığı üçün ciddi risk yarada bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 856   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Tikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?

Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə

29 oktyabr
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29 oktyabr
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr