Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz

Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisinizSəyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə bilər. Hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır.

Sonxeber.az xəbər verir ki, belə vəziyyətlərdə əsas məqsəd sərnişinləri dəyişikliklər barədə mümkün qədər operativ məlumatlandırmaq və səfərin davam etdirilməsi üçün zəruri dəstəyi göstərməkdir.

Uçuşunuzda dəyişiklik baş verərsə, doğru məlumat mənbələrini, hansı xidmətlərdən yararlana biləcəyinizi və müxtəlif hallarda diqqət yetirilməli vacib məqamları bir araya topladıq.

Hava limanına vaxtında gəlin

Uçuşunuzun gecikdiyini əvvəlcədən öyrənmisinizsə, bu, qeydiyyat vaxtının da avtomatik olaraq dəyişdiyi demək deyil. Aviaşirkət tərəfindən fərqli məlumat verilmədiyi halda, ilkin uçuş vaxtını nəzərə alaraq hava limanına gəlmək və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq vacibdir.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlməyi tövsiyə edir. Bu, qeydiyyat, baqajın təhvili, təhlükəsizlik və digər uçuşöncəsi prosedurların rahat şəkildə tamamlanması üçün kifayət qədər vaxt ayırmağa, eyni zamanda uçuşla bağlı son məlumatları vaxtında əldə etməyə imkan verir.

Uçuş məlumatlarını mütəmadi izləyin

Uçuşunuzun aktual statusunu azal.az internet səhifəsi və AZAL mobil tətbiqindən, elektron poçt ünvanınızdan, hava limanındakı məlumat ekranlarından və səsləndirilən elanlardan izləyə bilərsiniz. Əlavə məlumat üçün "Azərbaycan Hava Yolları"nın hava limanındakı nümayəndələrinə və məlumat masalarına müraciət etmək mümkündür.

Xüsusilə hava limanına yola düşməzdən əvvəl və gözləmə müddətində uçuş statusunu yenidən yoxlamaq son dəyişikliklərdən vaxtında xəbərdar olmağa kömək edir.

Dəyişiklik barədə sizə necə məlumat verilir?

Uçuş vaxtında dəyişiklik baş verdikdə sərnişinlə əlaqə yaratmaq üçün bron zamanı qeyd olunan məlumatlardan istifadə edilir.

Dəyişikliklərlə bağlı bildirişlər mobil nömrənizə SMS və WhatsApp, həmçinin elektron poçt ünvanınıza e-mail vasitəsilə göndərilə bilər.
Bu səbəbdən bilet alarkən mobil nömrənizin və elektron poçt ünvanınızın düzgün qeyd olunmasına diqqət yetirin. Bilet agentlik vasitəsilə alınıbsa, bronunuzda məhz sizin əlaqə məlumatlarınızın göstərildiyini dəqiqləşdirmək də faydalıdır. Uçuşla bağlı dəyişiklik yarandıqda bilet üzrə mövcud imkanlar haqqında agentlikdən də məlumat əldə edə bilərsiniz.

Həmçinin uçuşunuzun statusu və ya baş vermiş dəyişikliklə bağlı əlavə məlumata ehtiyacınız olduqda Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq həmin anda mövcud olan məlumatları əldə edə bilərsiniz.

Reysiniz gecikirsə, hansı xidmətlərdən yararlana bilərsiniz?

Gecikmənin müddətindən asılı olaraq sərnişinlər üçün müxtəlif xidmətlər ödənişsiz təşkil olunur:

- 7 yaşınadək uşağı olan sərnişinlər

ana və uşaq otağından istifadə edə bilərlər.

- 2 saatdan çox gecikmə

Sərinləşdirici içkilər təqdim olunur, həmçinin 2 telefon zəngi etmək və ya 2 elektron məktub göndərmək imkanı yaradılır.

- 5 saatdan çox gecikmə

İsti yemək təqdim olunur. Gecikmə davam etdikdə isti yemək gündüz hər 6 saatdan, gecə isə hər 8 saatdan bir verilir.

- 8 saatdan çox gecikmə

Mehmanxanada yerləşdirmə, hava limanından mehmanxanaya və geriyə transfer, həmçinin baqajın saxlanılması təşkil olunur.

Reysin gecikdiyi inzibati ərazidə daimi yaşayan sərnişinlər mehmanxana ilə təmin olunmurlar. Təqdim olunan xidmətlər gecikmənin səbəbindən və tətbiq olunan daşıma qaydalarından asılı olaraq dəyişə bilər.

Qeyd: Gecikmə zamanı təqdim olunan yuxarıdakı xidmət və təminatlar beynəlxalq uçuşlar üçün nəzərdə tutulur.

Reysiniz ləğv edilib və ya uçuş vaxtı dəyişib?

Belə bir dəyişiklik səyahət planınızın sona çatdığı demək deyil. Vəziyyətdən və tətbiq olunan şərtlərdən asılı olaraq alternativ uçuş, biletin dəyişdirilməsi və ya geri qaytarılması kimi seçimlər mövcud ola bilər. Hava limanındasınızsa, Azərbaycan Hava Yollarının nümayəndələri mövcud imkanlar və səfərinizi necə davam etdirə biləcəyiniz barədə ətraflı məlumat verə bilərlər.

Hava limanındasınızsa, alternativ uçuşlar və mövcud seçimlər barədə məlumatı Azərbaycan Hava Yollarının nümayəndələrindən əldə edə bilərsiniz. Hava limanında deyilsinizsə, mövcud seçimləri dəqiqləşdirmək üçün Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Bilet akkreditə olunmuş agentlik vasitəsilə alınıbsa, dəyişiklik və geri qaytarılma kimi bilet əməliyyatlarının həmin agentlik vasitəsilə həyata keçirilməsi tələb oluna bilər. Bu halda biletinizi aldığınız agentliklə əlaqə saxlayaraq mövcud seçimləri dəqiqləşdirə bilərsiniz.

Gecikmə növbəti uçuşunuza təsir edirsə

Bir neçə reysdən ibarət səfərlərdə ilk uçuşdakı gecikmə növbəti reysə keçid vaxtını azalda və ya bağlantının baş tutmamasına səbəb ola bilər. Belə vəziyyətdə transfer masası və ya Azərbaycan Hava Yollarının hava limanındakı nümayəndələri növbəti uçuşunuz və səfərin davam etdirilməsi üçün mövcud imkanlar barədə məlumat verə bilərlər.

Gecikmə aviaşirkətdən qaynaqlanırsa və növbəti uçuş üçün təsdiqlənmiş bronunuz varsa, gözləmə müddətindən asılı olaraq müvafiq xidmətlərdən yararlana bilərsiniz.

Uçuş planında dəyişiklik yarandıqda ən vacib məqam aktual məlumatı rəsmi mənbələrdən izləməkdir. Əlaqə məlumatlarınızı bron zamanı düzgün qeyd etmək, uçuş statusunu mütəmadi yoxlamaq və ehtiyac yarandıqda aviaşirkətin nümayəndələrinə müraciət etmək dəyişikliklərə daha hazırlıqlı olmağa və səfərinizi mümkün qədər rahat davam etdirməyə kömək edəcək.
Əlavə sualınız var?

Uçuşunuzla bağlı əlavə məlumat və dəstəyə ehtiyacınız olarsa, Azərbaycan Hava Yolları ilə aşağıdakı elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz:

- [email protected]

- [email protected]

Müraciətinizin daha operativ cavablandırılması üçün məktubda ad, soyad, uçuş nömrəsi, uçuş tarixi və bron məlumatlarınızı qeyd etməyiniz tövsiyə olunur.
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 326   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Tikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?

Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə

29 oktyabr
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29 oktyabr
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr