İdman zalında qadına şiddət göstərən şəxs sərbəst buraxıldı - VİDEO

İdman zalında qadına şiddət göstərən şəxs sərbəst buraxıldı - VİDEOMersin’in Yenişehir ilçəsində idman zalında baş verən şiddət hadisəsi təhlükəsizlik kameralarına əks olunub. Mübahisə etdiyi qadının boğazını sıxan şəxs, zaldakı başqa bir qadının müdaxiləsi nəticəsində uzaqlaşdırılıb. Hadisədən sonra saxlanılan şübhəli məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, günorta saatlarında Çiftlikköy məhəlləsi, Ali Kaya Mutlu prospektində yerləşən idman zalında baş verib.

Məlumata görə, zala gələn Aylin D. ilə Kürşat T. arasında hələlik müəyyən edilməyən səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonra Kürşat T. qadının boğazını sıxaraq ona hücum edib.

Həmin vaxt zalda məşq edən başqa bir qadın müdaxilə edərək şübhəlini Aylin D.-dən uzaqlaşdırıb. Hadisə zamanı yaşanan qarşıdurma və qadının boğazının sıxıldığı anlar idman zalının təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.

Hadisədən sonra Aylin D.-nin şikayəti əsasında polis əməkdaşları hərəkətə keçib və Kürşat T. saxlanılıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəli növbətçi məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 470   Tarix: 27 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi

Türkiyənin Adana şəhərində işıqfor olmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər dron vasitəsilə müəyyən edilib. Keçirilən reyd zamanı 64 sürücüyə ümumilikdə 362 min 368 lirə cərimə tətbiq olunub. xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 saat davam edən yoxlama zamanı müxtəli

8 sentyabr
.

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir. xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin o bu evliliy

30 avqust
.

Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd

6 sentyabr
.

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmaya

5 sentyabr
.

Nərdivandan yıxılan 73 yaşlı kişi öldü

Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 3-də rayonun Sütəmurdov kəndində qeydə alınıb. Belə ki, 1953-cü il təvəllüdlü Mirhəmid Məhəmməd oğlu İbrahimov yaşadığı evin həyətində nərdivandan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağl

4 sentyabr
.

Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü

Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb. -a istinadən bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib. Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlum səbəbdə

5 sentyabr
.

Türk bayrağına tüpürən ingilis turist həbs edildi

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda istirahət edən İngiltərə vətəndaşı otel əməkdaşları ilə mübahisə etdikdən sonra foyedə asılmış Türkiyə bayrağına tüpürdüyü iddiası ilə saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Alanyanın Dinek məhəlləsində yerləşən otellərdən birində ba

9 sentyabr
.

Marketdəki uşaq yeməklərinə gizlicə zəhər yerləşdirdi, 5 körpə xəstəxanalıq oldu - VİDEO

İsrailin Qüds şəhərində körpələr üçün nəzərdə tutulan meyvə pürelərinə sakitləşdirici və anestezik təsirə malik maddələr yeritdiyi iddia olunan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, İsrail polisi iyun ayında bəzi uşaqların zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılmasından sonr

10 sentyabr
.

3 aylıq körpə anasının qucağından yıxılıb öldü

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsind

7 sentyabr