Bu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?
Bir sıra universitetlərdə 2026/2027-ci tədris ili üçün xarici dil müəllimliyi üzrə plan yerlərinin azaldılması diqqət çəkir. Bu dəyişiklik əmək bazarındakı tələbatın gələcəkdə necə formalaşacağı ilə bağlı suallar yaradır. Eyni zamanda, plan yerlərinin müəyyənləşdirilməsində məzunların məşğulluğu, müəllim ehtiyacı və abituriyentlərin ixtisasa marağı kimi amillər də nəzərə alına bilər.
Bəs, xarici dil müəllimliyi üzrə plan yerlərinin azaldılması əmək bazarında bu kadrlara tələbatın azalması ilə nə dərəcədə bağlıdır, universitetlər belə qərarları hansı meyarlar əsasında verir və bu tendensiya gələcəkdə xarici dil müəllimi çatışmazlığına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, 2026-2027-ci tədris ili üçün qəbul planının artırılması nəzərdə tutulurdu. Belə bir gözlənti var idi ki, plan yerlərinin sayı 65 minə çatdırılacaq. Lakin bu il üçün ayrılan plan yerlərinin sayı təxminən 61 min oldu.
"Ümumi göstəriciyə baxdıqda görürük ki, pedaqoji kadr hazırlayan universitetlərdə plan yerlərində ciddi artım baş verməyib. Əksinə, Qızlar Universitetinin fəaliyyəti dayandırılıb, Naxçıvan Müəllimlər İnstitutu isə bu il qəbul aparmayıb. Bu da təxminən 1000-ə yaxın pedaqoji kadr hazırlığı üzrə plan yerinin digər universitetlərə yönəlməsi deməkdir. Amma düşünmürəm ki, bu dəyişiklik yaxın müddətdə əmək bazarına ciddi təsir göstərəcək. Çünki hər il müəllimlərin işə qəbulu imtahanlarında on minlərlə şəxs iştirak edir, halbuki vakant yerlərin sayı müraciət edənlərin sayından təxminən 10 dəfə az olur".
Ekspert bildirib ki, bu baxımdan, xüsusilə müəllimlik ixtisasları üzrə plan yerlərinin, o cümlədən xarici dil müəllimliyi üzrə yerlərin yaxın vaxtlarda əhəmiyyətli dərəcədə azaldılması gözlənilmir:
"Çünki hazırda xüsusilə ingilis dili müəllimlərinə tələbat var. Digər tərəfdən, xarici dil üzrə sertifikasiya imtahanlarında uğursuz nəticə göstərən müəllimlərin sayının çox olması da bu sahədə əlavə kadrlara ehtiyac yarada bilər. Həmin vakant yerlərin gələcəkdə yeni müəllimlərlə doldurulması mümkündür. Ona görə də hesab edirəm ki, pedaqoji ixtisaslar üzrə, xüsusilə xarici dil müəllimliyi istiqamətində plan yerlərinin bu mərhələdə azaldılmasının əmək bazarına ciddi mənfi təsir göstərəcəyi gözlənilmir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1419 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir
30 oktyabrBakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrMəşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29 oktyabrBakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını
30 oktyabrMehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabrKolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas
30 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabr