Bu təhlükəsizlik qaydalarına əməl etmək həyatınızı XİLAS EDƏCƏK

Bu təhlükəsizlik qaydalarına əməl etmək həyatınızı XİLAS EDƏCƏKEv təmiri zamanı, xüsusilə dam, eyvan və digər hündürlüklərdə aparılan işlərdə yıxılma ciddi xəsarət və ölüm riski yaradır. Bu riskin qarşısını almaq üçün işə başlamazdan əvvəl hündürlükdə təhlükəli sahələr müəyyənləşdirilməli, mümkün olduqda qoruyucu məhəccər və təhlükəsizlik baryerləri quraşdırılmalı, işçi isə uyğun fərdi mühafizə vasitələri ilə təmin edilməlidir.

Bəs, damda, eyvanda və digər hündürlüklərdə təmir aparan şəxslər hansı təhlükəsizlik qaydalarına və qoruyucu vasitələrə əməl etməlidirlər və belə işlər zamanı təhlükəsizliyə nəzarət kim tərəfindən və necə həyata keçirilməlidir?
Bu təhlükəsizlik qaydalarına əməl etmək həyatınızı XİLAS EDƏCƏKMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, hündürlükdə işlə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qərarı var və Azərbaycanda bu istiqamətdə hüquqi-normativ baza mövcuddur:

"Hündürlükdə iş zamanı həm fərdi, həm də kollektiv mühafizə vasitələrindən istifadə edilməlidir. Bunlara təhlükəsizlik torları, təhlükəsizlik kəmərləri və digər mühafizə vasitələri daxildir. Tətbiq olunan təhlükəsizlik tədbirləri işin görüldüyü əraziyə və mövcud risklərə görə dəyişir. Məsələn, dam üzərində iş aparılırsa, təhlükəsizlik xətti, yəni tros çəkilməli, ankerlə möhkəmləndirilməli və təhlükəsizlik kəməri həmin trosdan bərkidilməlidir. İşçi ayaqaltı, sənaye iskələsi və ya digər hündürlükdə işləmə vasitəsindən istifadə edirsə, təhlükəsizlik kəməri müvafiq konstruksiyaya bərkidilməlidir".

Ekspert bildirib ki, nərdivanlardan istifadə zamanı da müəyyən təhlükəsizlik qaydalarına əməl olunmalıdır:

"A tipli nərdivanlarda işləmək mümkündür, lakin söykəmə tipli nərdivanlardan iş aparmaq məqsədilə istifadə etmək olmaz. Burada "üç nöqtə prinsipi"nə riayət edilməlidir. Yəni işçi nərdivanda hərəkət edərkən eyni anda iki əlini və bir ayağını, yaxud iki ayağını və bir əlini dayaqlayaraq sabitliyini qorumalıdır. Həmçinin alət və avadanlıqlar əllə daşınmamalıdır. Onların digər vasitələrlə, məsələn, səbət, kran və ya kəndir vasitəsilə yuxarı qaldırılması daha təhlükəsiz hesab olunur. Ümumilikdə, hündürlükdə iş zamanı təhlükəsizlik tədbirləri işin xarakterindən və ərazidəki risklərdən asılı olaraq müəyyənləşdirilməlidir. Troslardan, təhlükəsizlik kəmərlərindən və kollektiv mühafizə vasitələrindən düzgün istifadə iş zamanı bədbəxt hadisələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 791   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Tikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?

Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə

29 oktyabr
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29 oktyabr
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29 oktyabr
.

Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?

Bakıda mənzil qiymətlərinin artması 2026-cı ildə də daşınmaz əmlak bazarının əsas müzakirə mövzularından biridir. Mənzilə tələbat, tikinti xərcləri, yeni layihələrin sayı, ipoteka imkanları və alıcılıq qabiliyyəti qiymətlərin gələcək istiqamətinə təsir edən əsas amillər sırasındadır. Qiymət artımını

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kolbasa alarkən yalnız məhsulun qiymətinə və görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun tərkibi, istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və üzərində göstərilən məlumatlar onun keyfiyyəti və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə satışda müxtəlif çeşiddə kolbas

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr