Toy mərasimlərində bu qidalara DİQQƏT EDİN - AÇIQLAMA

Toy mərasimlərində bu qidalara DİQQƏT EDİN - AÇIQLAMAToy və digər kütləvi tədbirlərdə çox sayda yeməyin əvvəlcədən hazırlanması, uzun müddət süfrədə saxlanılması və isti havalarda temperatur rejiminin pozulması qida zəhərlənməsi riskini artıra bilər.

Bəs, toy və kütləvi tədbirlərdə qida zəhərlənmələrinin qarşısını almaq üçün yeməklərin hazırlanması, daşınması və saxlanılması zamanı hansı qaydalara əməl edilməlidir, eyni vaxtda bir neçə şəxsdə zəhərlənmə əlamətləri yarandıqda hansı qidalardan şübhələnmək və ilk növbədə hansı tədbirləri görmək lazımdır?
Toy mərasimlərində bu qidalara DİQQƏT EDİN - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, toy və digər kütləvi tədbirlərdə qida zəhərlənməsi riskinin əsas səbəbləri qidanın düzgün hazırlanması, saxlanması və temperatur rejiminin pozulması ilə bağlı ola bilər. Xüsusilə çox sayda insana eyni yeməyin təqdim edildiyi tədbirlərdə qida təhlükəsizliyi qaydalarına daha ciddi əməl olunmalıdır.

"Ən vacib məqam çiy və hazır qidaların bir-birindən ayrılmasıdır. Çiy ət, toyuq və yumurta ilə təmas edən bıçaq, doğrama taxtası və digər avadanlıqlar hazır salat və yeməklərdə istifadə edilməməlidir. Ət və digər məhsullar kifayət qədər istilikdə bişirilməli, bişmiş yeməklər isə otaq temperaturunda uzun müddət saxlanılmamalıdır. Xüsusilə mayonezli salatlar, kremli şirniyyatlar, ət və toyuq yeməkləri, yumurtalı məhsullar, süd məhsulları, dəniz məhsulları və düyü ilə hazırlanan yeməklər temperaturun düzgün saxlanılmadığı halda riskli ola bilər. Soyuq saxlanmalı məhsulların temperaturu ümumilikdə 5°C-dən aşağı, isti təqdim olunan yeməklərin isə 60°C-dən yuxarı saxlanması tövsiyə olunur. Hazır yeməklər mümkün qədər qısa müddətdə istehlak edilməli və dəfələrlə qızdırılıb-soyudulmamalıdır".

Ekspert bildirib ki, əgər toyda eyni vaxtda bir neçə nəfərdə ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ya halsızlıq kimi oxşar əlamətlər yaranırsa, qida mənşəli xəstəliyə şübhə etmək lazımdır:

"Bu halda həmin şəxslərin hansı yeməklərdən və nə vaxt istifadə etdiyini müəyyənləşdirmək çox vacibdir. Şübhəli qidaların qalan hissəsi atılmamalı, mümkün olduğu qədər ayrıca saxlanılaraq aidiyyəti qurumlara təqdim edilməlidir. İlk növbədə xəstələrin vəziyyəti qiymətləndirilməli, xüsusilə güclü qusma, qanlı ishal, yüksək hərarət, huşda dəyişiklik və ya ciddi susuzlaşma əlamətləri varsa, təcili tibbi yardım çağırılmalıdır. Qusma və ishal zamanı əsas risklərdən biri maye və elektrolit itkisi olduğundan, şüuru yerində olan şəxslərə kiçik qurtumlarla maye və oral rehidratasiya məhlulu verilə bilər. Özbaşına antibiotik və ishalı dayandıran dərmanlardan istifadə etmək isə düzgün deyil".

Onun sözlərinə görə, belə hallarda yalnız xəstələrin müalicəsi deyil, zəhərlənmənin mənbəyinin müəyyənləşdirilməsi və digər insanların həmin qidadan istifadə etməsinin qarşısının alınması da vacibdir:

"Kütləvi tədbirlərdə qidaların hazırlanması və paylanması peşəkar, gigiyena və temperatur tələblərinə əməl edən iaşə xidməti tərəfindən həyata keçirilməlidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 912   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA

Son dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmaların

29 oktyabr
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

30 oktyabr
.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29 oktyabr
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29 oktyabr
.

Zaur Rzayev vəfat etdi - Yenilənib

Xalq artisti Zaur Rzayev vəfat edib. "Qafqazinfo" -a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət etsin!. *. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilə

29 oktyabr
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29 oktyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad

29 oktyabr
.

Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur

Vəzifəli şəxslər xidməti nəqliyyat vasitələrindən şəxsi işlər üçün istifadə edə bilməyəcəklər. xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən

29 oktyabr