OTP kodu qarşı tərəfə verilərsə, bu RİSKLƏR yarana bilər - AÇIQLAMA
Mobil telefona göndərilən birdəfəlik OTP kodları hesab sahibinin kimliyini təsdiqləyən mühüm təhlükəsizlik vasitəsidir. Kiberdələduzlar sosial mühəndislik və fişinq üsullarından istifadə edərək vətəndaşı aldadıb bu kodu əldə etməyə çalışırlar. Kodun paylaşılması nəticəsində dələduz müəyyən xidmətlərdə istifadəçinin hesabına icazəsiz giriş əldə edə və maliyyə əməliyyatlarını təsdiqləyə bilər. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi də OTP kodlarının heç bir halda başqaları ilə paylaşılmamasını tövsiyə edir.
Bəs, vətəndaş OTP kodunu kiberdələduzla paylaşdıqdan sonra bank hesabını və digər şəxsi məlumatlarını qorumaq üçün hansı addımları dərhal atmalıdır, hesab və kart üzrə hansı əməliyyatları məhdudlaşdırmalı və hadisə barədə hara məlumat verməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən informasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov bildirib ki, OTP kodu əsasən hesab və ya əməliyyatların təsdiqlənməsi üçün istifadə olunur. Bu kod hesaba giriş, şifrənin dəyişdirilməsi, kartın əlavə edilməsi, ödəniş və digər əməliyyatların təsdiqi zamanı göndərilə bilər.
"Məsələn, şəxs saxta zəng vasitəsilə özünü bank əməkdaşı kimi təqdim edən şəxsin tələbi ilə OTP kodunu qarşı tərəfə verərsə, bu, müxtəlif risklər yarada bilər. Dələduz həmin koddan istifadə etməklə mobil bank hesabına daxil ola, hesab məlumatlarını əldə edə, hesab üzərində nəzarəti ələ keçirə, pul köçürməsi edə, kart əlavə edə və ödənişləri təsdiqləyə bilər. Bəzi hallarda OTP kodu hesabın bərpası və ya şifrənin dəyişdirilməsi prosesinin son mərhələsində istifadə olunur. Bu səbəbdən kodun üçüncü şəxslə paylaşılması hesabın tamamilə ələ keçirilməsi ilə nəticələnə bilər. Eyni zamanda hesab sahibinin adı, soyadı, əlaqə və digər şəxsi məlumatlarına da çıxış əldə etmək mümkün ola bilər".
Ekspert bildirib ki, əgər şəxs OTP kodunu artıq qarşı tərəfə veribsə və ya kodun başqa şəkildə ələ keçirildiyindən şübhələnirsə, dərhal bankın rəsmi çağrı mərkəzinə müraciət etməlidir:
"Şübhəli aktivlik barədə banka məlumat vermək, zərurət olduqda hesabı və kartları bloklamaq, mobil bankçılıq şifrəsini və elektron poçt hesabının şifrəsini dəyişmək vacibdir. Hesabla əlaqəli digər təhlükəsizlik məlumatlarının da yenilənməsi tövsiyə olunur. Ümumiyyətlə, OTP, PIN və kartın arxasındakı üçrəqəmli CVV/CVC kodları eyni şey deyil və fərqli məqsədlər üçün istifadə olunur. Lakin onların ortaq cəhəti şəxsin maliyyə və hesab təhlükəsizliyi baxımından həssas məlumatlar olmasıdır. Bu səbəbdən belə kodlar heç bir halda telefonla və ya mesaj vasitəsilə üçüncü şəxslərə verilməməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya