"Mən beləyəm" fikri hansı hallarda psixoloji müdafiəyə çevrilir? - AÇIQLAMA
İnsanların öz davranışlarını izah edərkən tez-tez "mən belə doğulmuşam", "xarakterim budur, dəyişə bilmərəm" kimi ifadələrdən istifadə etdiyinin şahidi oluruq.
Bəzən bu yanaşma insanın həqiqətən formalaşmış xarakter xüsusiyyətləri ilə əlaqəli olur, bəzən isə dəyişmək üçün məsuliyyət götürməkdən yayınmağın bir yolu kimi ortaya çıxır.
Bəs insanın xarakteri nə dərəcədə dəyişə bilər və "mən belə doğulmuşam" fikri hansı hallarda psixoloji müdafiəyə çevrilir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
""Mən belə doğulmuşam, dəyişə bilmərəm" fikrünü yalnız xarakter xüsusiyyəti kimi qiymətləndirmək düzgün olmaz. İnsan doğulduğu andan etibarən müəyyən temperament xüsusiyyətləri ilə dünyaya gəlir. Məsələn, kiminsə daha sakit, kiminsə daha emosional, kiminsə isə daha impulsiv olması temperamentlə əlaqəli ola bilər. Lakin temperament insanın bütün davranışlarını əvvəlcədən müəyyənləşdirmir.
İnsanın xarakteri həyat boyu formalaşır. Ailə münasibətləri, tərbiyə, sosial mühit, yaşanan hadisələr, şəxsi təcrübələr və insanın öz üzərində apardığı iş onun davranışlarına təsir göstərir. Buna görə də "mən belə doğulmuşam" ifadəsini bütün davranışların dəyişməz səbəbi kimi qəbul etmək doğru deyil.
Bəzi hallarda bu ifadə insanın özünü olduğu kimi qəbul etməsi deyil, dəyişiklik üçün məsuliyyətdən yayınması ola bilər. Xüsusilə insan öz davranışının başqalarına zərər verdiyini anlayır, lakin buna baxmayaraq "mən beləyəm" deyərək dəyişməkdən imtina edirsə, burada psixoloji müdafiə mexanizmindən danışmaq mümkündür. Çünki davranışı dəyişdirmək müəyyən səy, narahatlıq və məsuliyyət tələb edir və insan bəzən bundan qaçmaq üçün öz xüsusiyyətini dəyişməz xarakter kimi təqdim edir.
Digər tərəfdən, insanın hər xüsusiyyətini dəyişdirməsi də mümkün və ya zəruri deyil. Məsələn, introvert olmaq, sakit təbiətli olmaq və ya emosional reaksiya verməyə meyilli olmaq özlüyündə problem hesab olunmur. Əsas məsələ həmin xüsusiyyətlərin insanın həyatına və münasibətlərinə necə təsir etməsidir.
Əgər insan "mən belə doğulmuşam" deyərək özünə və ya başqalarına zərər verən davranışını əsaslandırırsa, bu artıq üzərində düşünülməli məsələdir. Xarakter müəyyən meyllər yarada bilər, amma davranış üzərində müəyyən qədər seçim və nəzarət imkanımız var. İnsan öz xüsusiyyətlərini tamamilə başqa birinə çevirməyə bilər, lakin həmin xüsusiyyətlərini necə ifadə etdiyini öyrənə və problemli davranışlarını dəyişə bilər.
Bu baxımdan "mən beləəm" cümləsi bəzən özünü tanımağın ifadəsi, bəzən isə dəyişməmək üçün yaradılan rahat izahdır. Hansı olduğunu müəyyən edən əsas məqam isə insanın bu xüsusiyyətinin nəticələrini görməsinə və dəyişmək ehtiyacı yarandıqda buna münasibətinə bağlıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya