Alkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq

Alkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı həkim-psixiatr və narkoloq İlya Barna deyib.

Mütəxəssis vurğulayıb ki, spirtli içkilər yuxunun tənzimlənməsində mühüm rol oynayan melatonin hormonunun istehsalını ləngidir. Narkoloqun sözlərinə görə, hətta az miqdarda alkoqol qəbulu belə bu hormonun istehsalını azalda bilər.

"Xroniki istifadə halında bu proses daimi xarakter alır. Asılılığı olan şəxslər içkini tərk etdikdə, bu, ağır yuxusuzluğa səbəb olur və bəzən onu adi dərmanlarla aradan qaldırmaq çox çətin olur", - deyə mütəxəssis bildirib.

Həkimin sözlərinə görə, alkoqol yuxunun REM fazasını zəiflədir. Məhz bu fazada beyin gün ərzində toplanan məlumatları emal edir və yaddaşı möhkəmləndirir.

"Spirtli içki qandan tədricən çıxmağa başladıqda, beyin yaranmış çatışmazlığı kompensasiya etməyə çalışır və səhərə yaxın bir neçə aktiv REM fazası yaranır. Nəticədə insanda canlı yuxular, həddindən artıq tərləmə və taxikardiya müşahidə olunur. Bütün bunlar isə vaxtından əvvəl oyanmağa gətirib çıxarır", - deyə narkoloq qeyd edib.

Həkim xəbərdarlıq edib ki, alkoqoldan yuxu dərmanı kimi istifadə etmək "borca alınmış yuxu" kimidir və gec-tez bunun əvəzi ödənilməlidir.

"Yuxu rejimi kəskin şəkildə pozulur. Hətta xəstə remissiya dövrünə qədəm qoyduqda belə, bəzi hallarda yuxunun bərpası aylarla vaxt aparır. Yuxunun strukturu pozulduğundan, insan səhərlər özünü yorğun və əzgin hiss edir. Axşam yenidən yata bilmək üçün onun bir daha içkiyə müraciət etmə ehtimalı artır və proses təkrarlanır. Bu, əsl qüsurlu dairədir", - deyə həkim sözlərini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 172   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yıldız Tilbenin konsertində gözlənilməz anlar: Kömək etmək istəyən əməkdaşı itələdi - VİDEO

Məşhur türkiyəli müğənni Yıldız Tilbenin konserti zamanı maraqlı anlar yaşanıb. Səhnədə yüksək platformanın üzərinə əyilərək mahnı oxuyan sənətçi ayağa qalxmaq istədiyi vaxt ona kömək etmək istəyən təhlükəsizlik əməkdaşını əli ilə geri itələyib. xarici mediaya istinadla xəbər verir ki, özünəməxsus səhn

26 avqust
.

Məşhur müğənni istədi, qarpız 4 min kilometr "yol getdi"

Fransanın dünyaca məşhur kurort şəhəri Sen-Tropezdə istirahət edən tanınmış türkiyəli müğənni Ebru Yaşarın Diyarbəkir qarpızına olan istəyi maraqlı hadisəyə səbəb olub. Müğənninin arzusu ilə Türkiyədən xüsusi olaraq göndərilən qarpız təxminən 4 min kilometr yol qət edərək Sen-Tropezə çatdırılıb. xaric

25 avqust
.

Alkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq

"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-psixiatr və narkolo

28 avqust
.

Daha çox yaşamaq üçün əti nə qədər vaxtdan bir yemək lazımdır? - Uzunömürlülük üzrə mütəxəssisdən maraqlı açıqlama

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner daha uzun və sağlam ömür sürmək üçün ətin optimal istehlak tezliyini açıqlayıb. xəbər verir ki, "ABC" nəşri onun bu barədə fikirlərini dərc edib. Den Byuttner izah edib ki, uzunömürlü insanların qidalanmasında ət əsas yer tutmur. Onlar adətən əti əsa

28 avqust
.

Yetkin insanın emosional cəhətdən yetişmədiyini göstərən 7 ifadə

Emosional yetişməzlik yalnız davranışlarda deyil, insanın mübahisə və fikir ayrılığı zamanı işlətdiyi ifadələrdə də özünü göstərə bilər. Mütəxəssislərin fikrincə, xüsusilə məsuliyyətdən yayınmaq, başqalarını günahlandırmaq və qarşı tərəfin hisslərini nəzərə almamaq bu xüsusiyyətin əlamətlərindən ol

24 avqust
.

Vəhşi təbiətin ən gözəl - Fotoları

2026-cı ilin ən təsirli vəhşi təbiət fotoları Londondakı Təbiət Tarixi Muzeyinin təşkil etdiyi "İlin Vəhşi Təbiət Fotoqrafı" müsabiqəsində nümayiş etdirilib. "Qafqazinfo" xəbər verir ki, müxtəlif ölkələrdən fotoqrafların çəkdiyi kadrlar heyvanların həm təbiətdəki həyatını, həm d

27 avqust
.

Çində beş yaşlı qız robotun zərbəsindən sonra dörd dişini itirdi: Ailə 38 min manat tələb edir

Çinin Syanyan şəhərində nümayiş zamanı robot beş yaşlı qızın üzünə zərbə endirib. Nəticədə uşaq dörd süd dişini itirib. xəbər verir ki, bu barədə "Ifeng News" məlumat yayıb. Məlumata görə, hadisə ötən ilin noyabrında uşaq bağçası şagirdlərinin muzeyə ekskursiyası zamanı baş verib. Lakin valideynlə

25 avqust
.

Qadın o dünyadakı həyatını təsvir etdi: Ölümdən sonra bizi nə gözləyir?

Böyük Britaniyadan olan Frensis Benks bu dünyanı 1965-ci ildə tərk edib. Ölümündən ay yarım sonra o, axirətdə baş verən hadisələri təsvir etməyə başlayıb. O bunu necə edib? . -ın xarici mətbuata istinadən xəbərinə görə, qöadının "vasitəçisi" Helen Qrivz adlı dostu olub. Beləliklə, hər halda

27 avqust
.

Bu pişik balası "Ginnesin Rekordlar Kitabı"na düşdü

ABŞ-ın Viskonsin ştatının Kaukauna şəhərində yaşayan Erebus adlı pişik balası pəncələrindəki barmaqların sayına görə dünya rekorduna imza atıb. Onun ümumilikdə 29 barmağı var və rekord rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb. xarici mediaya istinadla bildirir ki, Erebus 2026-c

27 avqust