"Mismarla gözünü çıxarmaq istəyirdim..." - Evli ola-ola elçi göndəribmiş
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı 2025-ci ilin 7 noyabr tarixində lazeroloq kimi çalışdığı gözəllik salonunun qarşısında öldürməyə çalışan şəxs əslində niyyətinin başqa olduğunu deyib.
Z.Həsənov məhkəmədə ifadəsində bildirib ki, Ceyranla 2024-cü ildə tanış olublar və 1 ilə yaxın münasibət saxladıqdan sonra qadın ondan ayrılıb. O, Ceyranı öldürmək deyil, onun gözünün birini çıxarmaq niyyətində olduğunu deyib: "Mən özümlə mismar götürmüşdüm. Onu yerə yıxıb bir gözünü çıxarmaq, bu yolla cəzalandırmaq istəyirdim. Bunu Ceyranın yaxınlarına da demişdim".
Qeyd edilib ki, hadisə vaxtı Ziya keçmiş sevgilisinə kəsici alətlə 9 zərbə endirib. Zərərçəkmiş şəxs deyib ki, o, xəstəxanaya çatdırılarkən artıq ürəyi dayanıbmış və tibb işçiləri elektroşokla ürək fəaliyyətini bərpa edərək onu ölümdən xilas ediblər.
Həmçinin məlum olub ki, Ziya evli və 2 uşaq atası olsa da, Ceyrangilin evinə elçi göndərib. Onlar xeyli vaxt qeyri-rəsmi münasibətdə yaşayıblar. Lakin sevgilisinə şiddət göstərdiyindən Ceyran polisə müraciət edib və Ziyaya Cinayət Məcəlləsinin 127, yəni qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə iş açılıb, onun bədəninə elektron qolbaq yerləşdirilib. Bundan sonra Ziyanın qadına qarşı aqressiyası davam edib. Növbəti dəfə o, polis tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb və 10 günlük inzibati həbs edilib.
Ceyrana qarşı acıqlı olan Ziya həbsdən çıxandan sonra onu cəzalandıracağını, ömürlük şikəst edəcəyini deyib və işlədiyi gözəllik salonunun qarşısına gələrək həmin cinayəti törədib.
Bu dəfə polis əməkdaşları tərəfindən saxlanılan Ziyaya Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Ziya Həsənova 10 il 6 ay həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 701 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
30 oktyabrMəktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
29 oktyabrZaur Rzayev vəfat etdi - Yenilənib
Xalq artisti Zaur Rzayev vəfat edib. "Qafqazinfo" -a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət etsin!. *. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilə
29 oktyabrMəşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29 oktyabr"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30 oktyabrGənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib. Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifad
29 oktyabrXidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur
Vəzifəli şəxslər xidməti nəqliyyat vasitələrindən şəxsi işlər üçün istifadə edə bilməyəcəklər. xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən
29 oktyabr