Bilet qiymətləri və quru sərhədləri ilə bağlı ŞAD XƏBƏR - TARİX
Azərbaycana daha çox turist cəlb etmək və hava nəqliyyatında əlçatanlığı artırmaq məqsədilə ölkəyə aşağıbüdcəli aviaşirkətlərin gətirilməsi planlaşdırılır. Bu məsələ Prezidentin təsdiqlədiyi 2026-2030-cu illər üçün Turizmin İnkişafı üzrə Dövlət Proqramında da əksini tapıb. Eyni zamanda, Dövlət Turizm Agentliyinin son açıqlamasında da məsələyə diqqət çəkilib.
Azərbaycanda aviabiletlərin qiymətləri nə vaxt ucuzlaşa bilər? Aşağıbüdcəli aviaşirkətlər Azərbaycanda nə zamandan fəaliyyətə başlayacaq? Türkiyə, Rusiya, Dubay, Çexiya kimi ən çox uçuş həyata keçirilən istiqamətlər üzrə biletlərin qiymətləri təxminən nə qədər olacaq?
Globalinfo.az-a danışan turizm üzrə ekspert Əziz Şiriyev deyib ki, hazırda Prezidentin imzaladığı Dövlət Proqramı çərçivəsində digər aşağıbüdcəli aviaşirkətlərin də ölkəmizə cəlb edilməsi əsas prioritetlərdən biridir:
"Quru sərhədlərinin bağlı olması və aviaşirkətlərdə qiymətlərin nisbətən yüksək olması Azərbaycana gələn turistlərin, əsasən yüksək gəlirli kateqoriyadan formalaşmasına səbəb olur. Halbuki dünyada aşağı, orta və yüksək büdcəli turistlər də daxil olmaqla müxtəlif kateqoriyalar mövcuddur. Azərbaycana turist axınını kütləviləşdirmək üçün, xüsusilə quru sərhədlərinin bağlı olduğu indiki şəraitdə, hava nəqliyyatı imkanları genişləndirilməli və daha münasib qiymətə uçuşların sayı artırılmalıdır".
Ekspert bildirib ki, oktyabrın 10-dan etibarən Slovakiyadan Azərbaycana "Wizz Air" aviaşirkəti ilə birbaşa uçuşların başlayacağı gözlənilir:
"Wizz Air" Macarıstana məxsus aşağıbüdcəli aviaşirkətdir. Slovakiyanın əhalisi təxminən 5 milyon nəfər olsa da, ölkənin Avropanın mərkəzində yerləşməsi bu marşrut vasitəsilə digər Avropa ölkələrindən də turistlərin Azərbaycana cəlb olunmasına imkan yaradır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının Avropaya daha münasib qiymətlərlə səfər etməsi mümkün olacaq. Biletlərin gediş-dönüş üçün təxminən 100-150 dollar civarında olması daha geniş turist kütləsinin səyahət imkanlarını artıracaq. Gələcəkdə digər ölkələrlə də bu cür aviareyslərin təşkilinin genişləndirilməsi gözlənilir. Aşağıbüdcəli aviaşirkətlərin sayının artması, şübhəsiz ki, Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Yaxın gələcəkdə quru sərhədlərinin, xüsusilə Gürcüstan istiqamətində keçidlərin bərpası, həmçinin Naxçıvan-Sədərək istiqamətində Zəngəzur dəhlizinin açılması baş verərsə, ölkəyə turist axınını daha da artırmaq üçün əlavə imkanlar yaranacaq. Eyni zamanda, bu prosesdən sonra aviabiletlərin qiymətlərinin ucuzlaşması da mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya