Əliyev Japarovu təbrik etdi

Əliyev Japarovu təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Sadır Nurqojoyeviç,

Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu gün Qırğızıstan Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi və genişmiqyaslı quruculuq sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qardaş ölkə olaraq Qırğızıstanın uğurlarına öz uğurumuz qədər sevinirik.

Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur. Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata keçirdiyim dövlət səfəri ölkələrimizin sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyinin olduğunu nümayiş etdirmiş, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoymuşdur.

Əminəm ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 133   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Buxara Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavka

24 avqust
.

Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar

Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib. "Qafqazinfo" həmin an lentə alınmı

31 avqust
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

27 avqust
.

Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev "Sabah" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbayca

27 avqust
.

Laçın Şəhəri Günü tariximizin şanlı səhifəsidir!

2023-cü il 26 avqust Azərbaycan xalqı üçün sadəcə bir tarix deyil, bu, Laçın şəhərinin azadlığa qovuşmasının və doğma torpaqlara qayıdışın bayramıdır. Laçın Şəhəri Günü, 30 illik həsrətdən sonra Qarabağın ürəyində yerləşən bu gözəl şəhərin yenidən Azərbaycanın suverenliyi altında dirçəlişini qeyd edir

25 avqust
.

XİN Rusiyada Azərbaycan əleyhinə təxribatı pisləyib, Moskvaya çağırış edib

27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik. Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib

27 avqust
.

Leyla Əliyevadan ailə FOTOSU

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva sosial şəbəkə hesabında ailə fotosunu paylaşıb. həmin paylaşımı təqdim edir:. Xatırladaq ki, fotoda yer alan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın avqustun 26-da doğum günüdür

26 avqust
.

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:. "Dəyərli və mehriban bacım. Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününüz münasibətil

26 avqust
.

Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir arada - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran Prezidenti Məsud Pezeşkian Qırğızıstanın paytaxtı Bişkekdə bir araya gəliblər. xəbər verir ki, dövlət başçıları birgə foto çəkdiriblər. Görüş zamanı liderlər arasında səmimi söhbə

31 avqust