Prezidentin Qırğızıstana səfəri işgüzar xarakter daşıyır - AÇIQLAMA
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından diqqət çəkir.
Bəs bu səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi və strateji baxımdan inkişafına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Azərbaycan Prezidentinin Qırğızıstana səfəri işgüzar xarakter daşıyır.
"Səfərin proqramı tam açıqlanmasa da, əsas məqsədin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi olduğu gözlənilir. Səfər çərçivəsində iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələrin aparılması, həmçinin müəyyən sənədlərin imzalanması mümkündür. Dövlət başçılarının qarşılıqlı səfərlərində əsas diqqət, bir qayda olaraq, ikitərəfli münasibətlərin inkişafına yönəlir və bu baxımdan iqtisadi əlaqələr xüsusi əhəmiyyət daşıyır".
Politoloq bildirib ki, eyni zamanda Azərbaycanın Mərkəzi Asiyada mövqeyinin və nüfuzunun gücləndirilməsi də bu səfərlərin mühüm istiqamətlərindən biridir:
"Azərbaycanın Şərqlə Qərb arasında strateji mövqeyini qoruması baxımından Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Qırğızıstanla strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu da ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə təkan verə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 645 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Ho Şi Minin məqbərəsinə baş çəkdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnamın qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyu
20 noyabrAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna
20 noyabrKəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Kəlbəcər Azərbaycanı
21 noyabrArzu və Leyla Əliyevalar Vyetnamda - Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:
20 noyabrMariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini
17 noyabrPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:
21 noyabr