"Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi
ABŞ-nin Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) Birləşmiş Ştatlar ərazisində Ontario gölünün adını rəsmi olaraq "Amerika gölü" kimi dəyişdirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Google" şirkəti rəsmi bloqunda məlumat yayıb.
"Google"dan bildirilib ki, şirkət rəsmi hökumət mənbələrindəki, o cümlədən ABŞ üçün GNIS-dəki ad dəyişikliklərini nəzərə alaraq "Google Maps" xəritələrini yeniləyib.
Beləliklə, ABŞ-dəki xəritə istifadəçiləri gölün adını "Amerika gölü", Kanadadakı istifadəçilər isə əvvəlki kimi "Ontario gölü" olaraq görəcəklər. ABŞ və Kanadadan kənarda olan istifadəçilərə isə hər iki ad göstəriləcək.
Şirkətdən qeyd edilib ki, dəyişiklik müxtəlif ölkələrdə fərqli adlandırılan coğrafi obyektlərlə bağlı mövcud siyasətə uyğundur və artıq tətbiq olunmağa başlayıb.
Xatırladaq ki, avqustun 27-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin iştirakı ilə Ontario gölünün adının "Amerika gölü" olaraq dəyişdirilməsi barədə fərman imzalayıb.
Ontario gölü Şimali Amerikada Kanada və ABŞ sərhədində yerləşən beş böyük göldən biridir. Gölün sahəsi təxminən 19 min kvadratkilometr, orta dərinliyi isə 86 metrdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 190 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
Duş başlıqlarında zamanla yığılan ərp suyun axışını azaldır, başlıqdakı dəliklərin də tutulmasına səbəb olur. Təmizlikdə adətən sirkə və ya sodadan istifadə edilsə də, ərpi aradan qaldırmaq üçün fərqli bir məhsuldan da istifadə oluna bilər. Sitrik turşu duş başlığındakı ərpi həll etmək üçün istifad
6 sentyabrOrta əslərdə insanlar gecə iki dəfə yatırdılar - Birinci və ikinci yuxu nədir?
Orta əsrlərdə insanların bütün gecəni fasiləsiz yatmadığı, yuxunun iki ayrı mərhələyə bölündüyü bildirilir. Tədqiqatçılar hesab edir ki, insanlar gecənin ortasında oyandıqdan sonra həmin vaxtı dua etməyə, söhbətləşməyə, ev işlərinə və həyat yoldaşları ilə vaxt keçirməyə sərf edirdilər. xəbər verir ki
6 sentyabr210 milyon illik yeni dinozavr növü kəşf edildi
Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölü sahillərində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünün qalıqlarının aşkar edib. Alimlərin fikrincə, Afrika qitəsində hələ kəşf edilməmiş çoxlu sayda qalıq var və bu tapıntı "aysberqin yalnız ucu"dur. "Qafqazinfo"
3 sentyabrBu ərzağı istifadə edənlər diqqətli olsun
Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay
4 sentyabrSon 1000 ilin ən güclü El-Ninosu: gələn il rekord istilər olacaq
BMT-nin məlumatına görə, El-Nino iqlim fenomeni "gözümüzün qarşısında güclənir". xəbər verir ki, son proqnozlara əsasən, bu hadisənin temperatur rekordlarını yeniləyəcəyi və ən azı son 100 ilin ən güclü El-Nino hadisəsinə çevriləcəyi gözlənilir. Bu proses qlobal istiləşmə səbəbindən onsuz d
4 sentyabrBakının mərkəzində gənc qız diqqət çəkdi - VİDEO
Bakının şəhər mərkəzində gənc qızın görüntüləri ətrafdakı insanların diqqətini çəkib. -ın əldə etdiyi məlumata görə, gözəlliyi və fit bədən quruluşu ilə seçilən xanımın qazaxıstanlı tanınmış model Dilnaz Tilayeva olduğu məlum olub. Dilnaz Tilayeva paytaxtın mərkəzi küçələrində yürüş edərkən kameralar
5 sentyabrToyda bəyin dostlarının zarafatı müzakirə yaratdı - VİDEO
Toy mərasimlərindən birində bəyin dostlarının gəlinlə bağlı etdiyi maraqlı zarafat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xəbər verir ki, xınayaxdı mərasimi zamanı gözlənilməz səhnə yaşanıb. Gəlindən başqa bəy üçün də bu mərasim icra edilib. Daha sonra bəyin dostları onun ətrafında dövrə vurara
5 sentyabrİnsan niyə yuxuda özünü hündürlükdən düşən görür?
Hündürlükdən düşmək ən çox görülən yuxulardan biridir. Bəzi insanlar yuxuda binadan, qayadan, pilləkəndən və ya naməlum bir yüksəklikdən düşdüyünü görür, hətta həmin anda qəfil oyanır. Bu yuxu çox real hiss oluna və insanda qorxu yarada bilər. xəbər verir ki, mütəxəssislərin yanaşmasına görə, belə yuxuları
6 sentyabr