Mövsümi tükənmişliyin üç əsas ƏLAMƏTİ
Mövsümi tükənmişliyə üç əsas əlamət işarə edə bilər: səbəbsiz yaranan əsəbilik, 10-15 dəqiqədən artıq bir işə diqqəti cəmləyə bilməmək və görülən işlərdə mənasızlıq hissi.
Oxu.Az xəbər verir ki, bu barədə MİREA - Rusiya Texnologiya Universitetinin Humanitar və Sosial Elmlər kafedrasının dosenti Yelena Şpaqina Gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövsümi tükənmişlik tənbəllik və ya iradəsizlik deyil, orqanizmin temperatur, işıq və psixoemosional stresin təsirinə verdiyi reaksiyadır.
Mütəxəssis üç əsas xəbərdarlıq əlamətini qeyd edib:
- Səbəbsiz əsəbilik: Klaviatura səsi, həmkarın sualı və ya digər xırda amillər belə insanı qıcıqlandıra bilər.
- Diqqətin tez yayınması: İnsan 10-15 dəqiqədən artıq bir işə diqqətini cəmləyə bilmir və fikrini toplamaq üçün ciddi səy göstərməli olur.
- Mənasızlıq hissi: Hətta uğurla tamamlanan iş belə insana məmnunluq gətirmir.
Şpaqina bildirib ki, bu əlamətlərdən ən azı ikisi üç gündən artıq davam edirsə, vəziyyəti sadəcə pis əhvali-ruhiyyə kimi qiymətləndirmək olmaz. Bu halda gündəlik rejimə yenidən baxmaq lazımdır.
Psixoloqun sözlərinə görə, insanların bu mərhələdə etdiyi əsas səhv özlərini zorla daha məhsuldar olmağa məcbur etmələridir. Yorğunluqla mübarizə apardıqca və məhsuldarlığa daha sərt nəzarət etdikcə, qalan enerjinin daha sürətlə tükənməsi mümkündür.
Mütəxəssis hər saat yarımdan bir 15 dəqiqəlik fasilə etməyi, bu zaman iş masasından qalxaraq gəzməyi, açıq havaya çıxmağı və ya ekranlardan uzaqlaşmağı tövsiyə edir.
O həmçinin yay aylarında gün ərzində bütün planları yerinə yetirməyə çalışmaq əvəzinə, ən vacib işləri tamamlayıb dayanmağı məsləhət görüb. Gündəlik iş yükünün 20-30 faiz azaldılmasının səmərəliliyin itirilməsi deyil, uzunmüddətli fəaliyyət qabiliyyətinin qorunmasına yönəlmiş addım olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 238 Tarix: 31 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eşşək dərisinə BÖYÜK TƏLƏBAT, milyonlarla heyvan qətl edilir - ARAŞDIRMA
Bir vaxtlar kənd təsərrüfatında yük daşıyan, su gətirən və insanların gündəlik işini asanlaşdıran eşşək son illərdə gözlənilmədən milyardlarla insanın diqqətindən kənarda qalan böyük bir beynəlxalq ticarətin mərkəzinə düşüb. Maraqlısı budur ki, bu ticarətdə əsas qiymətli məhsul nə ət, nə də süddür. Ə
3 sentyabrEvliliyi boşanmaya aparan 5 səhv
Bir çox cütlük zamanın və gündəlik həyatın yaratdığı sınaqlardan keçə bilmir. Bəzən isə boşanmaya çox ciddi görünməyən, lakin illər ərzində münasibətləri tədricən dağıdan konkret davranışlar səbəb olur. xəbər verir ki, statistika hər evliliyin zamanın sınağından uğurla çıxmadığını göstərir. İllər keçdikc
4 sentyabrSon 1000 ilin ən güclü El-Ninosu: gələn il rekord istilər olacaq
BMT-nin məlumatına görə, El-Nino iqlim fenomeni "gözümüzün qarşısında güclənir". xəbər verir ki, son proqnozlara əsasən, bu hadisənin temperatur rekordlarını yeniləyəcəyi və ən azı son 100 ilin ən güclü El-Nino hadisəsinə çevriləcəyi gözlənilir. Bu proses qlobal istiləşmə səbəbindən onsuz d
4 sentyabrEnzo Fernandesin qarışıq eşq həyatı: Vanda Nara ona mesaj yazıb
"Mançester Siti"nin yeni transferi Enzo Fernandes şəxsi həyatı ilə də diqqət mərkəzinə düşüb. xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu uzun müddətdir uşaqlıq sevgilisi Valentina Servanteslə münasibətdədir. Cütlüyün Olivia və Benjamin adlı iki övladı var. Onlar 2024-cü ili
3 sentyabrCins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Cins şalvarların ön cibinin içərisində yerləşən kiçik cib gündəlik geyimin adi detalına çevrilsə də, onun ilkin təyinatı çoxlarına məlum deyil. xəbər verir ki, bu detal hələ XIX əsrdə Amerika Qərbində çalışan işçilərin ehtiyacları nəzərə alınaraq yaradılıb. Kiçik cibin tarixi 1873-cü ilə gedib çıxır
3 sentyabrİş günündən əvvəl hansı hərəkətlər faydalıdır? - Həkimdən məsləhət
Nevropatoloq Masud Hüseyn daha məhsuldar gün üçün işə getməzdən əvvəl bir fəaliyyətlə məşğul olmağı məsləhət görüb. -ın xəbərinə görə, "El Confidencial" nəşri onun tövsiyələrini dərc edib. Masud Hüseynin sözlərinə görə, işdən əvvəl istənilən çətin tapşırıqla məşğul olmaq lazımdır. O, nümun
4 sentyabrİki ayının yayda qar üzərində sürüşüb göldə çimməsi kameraya düşdü - VİDEO
Türkiyənin Toros dağlarının yüksək ərazilərində qarların ərimədiyi bölgədə iki ayının görüntüləri diqqət çəkib. Qar üzərində sürüşərək kiçik gölməçəyə girən ayılar daha sonra yaşıllıq ərazidə oynayaraq ətrafdakı vətəndaşlara rəngli anlar yaşadıblar. xarici mediaya istinadla xəbər verir ki, yay fəslini
4 sentyabrQaynananız sizə bu 6 hədiyyəni versə, götürməyin
Gəlin və qayınana münasibətləri hər zaman ailə daxilində ən çox müzakirə olunan mövzulardan biri olub. Xalq inanclarında isə yalnız söz və davranışların deyil, insanların bir-birinə verdiyi bəzi əşyaların da ailə münasibətlərinə təsir göstərə biləcəyinə inanılıb. xəbər verir ki, qədim inanclara görə
4 sentyabr