ŞƏT platforması Bakı üçün əhəmiyyətli platformaya çevrilir - DEPUTAT

ŞƏT platforması Bakı üçün əhəmiyyətli platformaya çevrilir - DEPUTAT"Avqustun 31-də Bişkekdə bir neçə mühüm beynəlxalq və regional tədbirin eyni gündə keçirilməsi Azərbaycan diplomatiyası baxımından geniş imkanlar yaradıb. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubileyinə həsr olunan sammit, Qırğızıstanın müstəqilliyinin 35 illiyi və VI Dünya Köçəri Oyunlarının açılışı çərçivəsində Prezident İlham Əliyev müxtəlif ölkələrin liderləri ilə çoxsaylı təmaslar qurub".

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

O, bildirib ki, İlham Əliyevin son bir ay ərzində Qırğızıstana ikinci dəfə səfər etməsi də diqqət çəkir:

"İyulun 30-31-də baş tutmuş dövlət səfərində Azərbaycan və Qırğızıstan arasında Müttəfiqlik Münasibətləri haqqında müqavilə imzalanmışdı. Qısa müddət ərzində qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin intensivləşməsi iki ölkənin əlaqələrinin artıq yalnız dostluq münasibətləri ilə məhdudlaşmadığını, daha konkret və institusional mərhələyə keçdiyini göstərir. Bişkekdəki görüşlər arasında Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş xüsusi maraq doğurub. Danışıqlar zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə və sülh sazişinin razılaşdırılmış mətninin paraflanması məsələləri ön plana çıxıb. Bu görüş həmçinin Azərbaycan-Ermənistan dialoqunun davam etdiyini göstərən siyasi təmas kimi qiymətləndirilir. ŞƏT sammitinin yaratdığı çoxtərəfli mühit isə tərəflərin birbaşa ünsiyyəti üçün əlavə imkan yaradıb".

Deputat bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə aparılan müzakirələrdə iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafının davam etdirilməsi ön plana çıxıb:

"İran Prezidenti Məsud Pezeşkianla görüş isə regional təhlükəsizlik və mövcud gərginlik baxımından əhəmiyyətli olub. Bakı bu görüşdə də sülh və dialoqa üstünlük verdiyini ifadə edib. Tehranla əlaqələrin və açıq diplomatik kanalın qorunması sərhəd təhlükəsizliyi və nəqliyyat layihələri baxımından Azərbaycanın maraqlarına uyğundur. Görüş zamanı İlham Əliyevin Azərbaycan mineral suyunu Pezeşkiana təqdim etməsi və İran prezidentinin sudan içməsi də diqqətçəkən simvolik məqam olub. Dünya Köçəri Oyunlarının açılışı öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran Prezidenti Məsud Pezeşkianla baş tutan qeyri-rəsmi təmas da səfərin mühüm epizodlarından biri olub. Rəsmi protokoldan kənar bu görüş region dövlətləri arasında müxtəlif əməkdaşlıq formatlarının paralel şəkildə inkişaf etdiyini göstərir. Köçəri Oyunlarının ŞƏT sammiti ilə eyni vaxtda keçirilməsi də siyasi və mədəni əlaqələrin bir arada inkişaf etdirilməsi baxımından xüsusi məna daşıyır".

Onun sözlərinə görə, Bişkekdə yalnız rəsmi görüşlər deyil, kuluar təmasları da diqqət çəkib:

"Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şəhbaz Şəriflə qısa söhbətlər aparıblar. Bu təmaslar arasında Putinlə görüş xüsusilə diqqət çəkib. Bakı ilə Moskva arasında son dövrdə müşahidə olunan gərginlik fonunda iki liderin açıq və sərbəst şəkildə ünsiyyətdə olması münasibətlərin normallaşması istiqamətində mesaj kimi qəbul edilə bilər. Quterreşlə təmas Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini davam etdirdiyini, Rahmon və Şəriflə söhbətlər isə Mərkəzi və Cənubi Asiya istiqamətində əlaqələrin genişləndiyini göstərir. Bişkek görüşlərinin ümumi mənzərəsində Azərbaycanın xarici siyasətinin bir neçə əsas istiqaməti görünür. Ermənistanla sülh gündəliyinin davam etdirilməsi, İranla münasibətlərdə dialoqun saxlanılması, Qazaxıstan və Qırğızıstanla müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi, Türk dünyası ölkələri ilə siyasi və mədəni əməkdaşlığın genişləndirilməsi əsas xəttlər kimi diqqət çəkir.

Naqif Həmzəyev qeyd edib ki, bir gün ərzində müxtəlif formatlarda bu qədər çoxsaylı təmasların keçirilməsi Azərbaycanın Mərkəzi Asiya siyasətinin sistemli xarakter aldığını göstərir. ŞƏT platforması da Bakı üçün artıq yalnız iqtisadi əməkdaşlıq məkanı deyil, regional təhlükəsizlik, siyasi dialoq və müxtəlif dövlətlərlə diplomatik əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli platformaya çevrilir.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 154   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Prezidentin Qırğızıstana növbəti səfəri Azərbaycanın Mərkəzi Asiyada nüfüzunun artmasını bir daha göstərdi" - AÇIQLAMA

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son dövrdə baş verən dəyişikliklər artıq ayrı-ayrı ikitərəfli əlaqələrdən daha geniş siyasi və geoiqtisadi mənzərə formalaşdırır. Xüsusilə Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, Xəzərin iki sahili arasında nəqliyya

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hindistanın Baş naziri Narendra Modi ilə səmimi söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

Azərbaycan ŞƏT üçün kifayət qədər cəlbedici ölkədir - AÇIQLAMA

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) böyük potensialı var. Təşkilatın bütün üzv ölkələrini və ŞƏT+ formatını nəzərə alsaq, bu platforma dünya ÜDM-nin təxminən 25-26 faizini əhatə edir və burada 3 milyarddan artıq insan yaşayır. Faktiki olaraq, söhbət dünya geoiqtisadiyyatı və geosiyasəti baxımında

1 sentyabr
.

"Bişkek platforması ölkəmizin xarici siyasət çevikliyinin qorunmasına şərait yaradır" - AÇIQLAMA

"XXI əsrin Avrasiya siyasətində dövlətin çəkisi artıq yalnız ərazisinin böyüklüyü və təbii sərvətlərinin həcmi ilə ölçülmür. Limanlarını, dəmir yollarını, enerji xətlərini və siyasi əlaqələrini vahid şəbəkəyə çevirərək, böyük bazarları birləşdirən ölkələr strateji üstünlük qazanır. Prezident İlha

1 sentyabr
.

Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib

"Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Qırğızıstana səfəri ölkəmizin həm Mərkəzi Asiyada, həm də qlobal müstəvidə artan rolunun göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Cənubi Qafqazda mühüm mövqeyə mali

1 sentyabr
.

"Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir" - AÇIQLAMA

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni məzmun qazanması, təhlükəsizlik çağırışlarının şaxələnməsi dövlətləri çoxtərəfli əməkdaşlıq platformalarının imkanlarından daha fəal istifadə etməyə sövq edir. Bu baxımdan Şanxa

1 sentyabr
.

İlham Əliyev: "Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq"

"Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı səsləndirib. "Ermənistanla birlikdə qarşılıqlı ticarəti

1 sentyabr
.

İlham Əliyev Bişkekdə Vladimir Putin ilə söhbət etdi - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə ayaqüstü söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

1 sentyabr
.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini sürətlə inkişaf etdirir - AÇIQLAMA

"Azərbaycan Prezidentinin Bişkekə səfəri və orada Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada və dünyada artan geosiyasi rolunun təsdiqi və nümayişi kimi qiymətləndirilə bilər". Bunu -a açıqlamasında "Müasir İnkişaf"

1 sentyabr