"Azərbaycan-ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır" - AÇIQLAMA

"Azərbaycan-ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır" - AÇIQLAMA"Müasir beynəlxalq münasibətlər sistemi sürətli transformasiya mərhələsindən keçir və bu prosesdə Avrasiya məkanının siyasi, iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artır. Belə bir şəraitdə Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmaqla yanaşı, çoxtərəfli əməkdaşlıq platformalarında iştirakını da ardıcıl şəkildə genişləndirir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin inkişafı bu siyasətin mühüm istiqamətlərindən biridir", - bunları Sonxeber.az -a danışan Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov deyib:

"Azərbaycan ŞƏT məkanında yerləşən bir sıra ölkələrlə artıq yüksəksəviyyəli ikitərəfli münasibətlər formalaşdırıb. ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycan üçün tamamilə yeni istiqamət deyil, mövcud və inkişaf edən ikitərəfli əlaqələrin çoxtərəfli platformada davam etdirilməsi baxımından əlavə imkan yaradan mühüm istiqamətdir. Son illərdə Azərbaycanla ŞƏT arasında münasibətlərin səviyyəsinin yüksəlməsi də qarşılıqlı marağın artdığını göstərir. Prezident İlham Əliyevin müxtəlif illərdə təşkilatın sammitlərinə dəvət olunması və yüksəksəviyyəli görüşlərdə iştirakı Azərbaycanın ŞƏT məkanında siyasi çəkisinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan-ŞƏT əməkdaşlığının perspektivlərini müəyyənləşdirən əsas istiqamətlərdən biri nəqliyyat və kommunikasiyalardır. Azərbaycanın Avrasiyanın şərqi ilə qərbini, eyni zamanda şimalı ilə cənubunu əlaqələndirən mühüm coğrafi mövqeyə malik olduğunu bildirən siyasi şərhçi qeyd edib ki, qlobal ticarətdə təhlükəsiz, qısa və alternativ marşrutlara tələbatın artması fonunda ölkəmizin tranzit imkanlarının əhəmiyyəti daha aydın görünür. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, eləcə də transregional nəqliyyat bağlantılarının inkişafı Azərbaycanla ŞƏT dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşib. Bu baxımdan Azərbaycan ŞƏT ölkələri üçün Xəzər dənizi üzərindən Cənubi Qafqaza və daha geniş coğrafiyaya çıxışı təmin edən mühüm bağlantı məkanı rolunu oynayır. Azərbaycanın inkişaf etdirdiyi nəqliyyat infrastrukturu ölkənin bu imkanlarını yalnız coğrafi üstünlük olaraq deyil, praktiki iqtisadi və logistika potensialı kimi reallaşdırmağa imkan verir.
Azərbaycan-ŞƏT gündəliyi yalnız tranzit və iqtisadi maraqlarla məhdudlaşmır. Regional təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlığa qarşı fəaliyyət, energetika, telekommunikasiya, kənd təsərrüfatı, ticarət və sərmayələr kimi geniş istiqamətlər əməkdaşlığın praktiki məzmununu formalaşdırır. Mədəniyyət, təhsil, elm, turizm, multikulturalizm və sivilizasiyalararası dialoq sahələrinin də bu gündəliyə daxil olması Azərbaycan-ŞƏT münasibətlərinin yalnız siyasi və iqtisadi xarakter daşımadığını, kompleks əməkdaşlıq modelinə əsaslandığını göstərir. Hazırkı mərhələdə ŞƏT-lə əməkdaşlığın digər mühüm tərəfi dəyişən beynəlxalq münasibətlər sistemi ilə bağlıdır. Bişkekdə keçirilən "ŞƏT+" görüşü üçün müəyyənləşdirilmiş mövzunun BMT-nin ədalətli dünya nizamındakı rolu və "ŞƏT+" dövlətlərinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi ilə bağlı olması təşkilat daxilində gedən müzakirələrin artıq daha geniş qlobal məsələləri əhatə etdiyini göstərir.
Azərbaycan müxtəlif beynəlxalq və regional platformalarda fəal iştirak edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, dəyişən dünya nizamında milli maraqlar qorunmaqla yanaşı, qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında yeni tərəfdaşlıq imkanları formalaşdırılmalıdır. Bu baxımdan ŞƏT platforması Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edə bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə müxtəlif beynəlxalq platformalarda artan fəallığı ölkəmizin dəyişən dünya düzənində öz milli maraqlarına əsaslanan siyasət yürüdərək qlobal və regional proseslərdə fəal iştirak edən dövlət mövqeyini daha da möhkəmləndirdiyini göstərir.
Azərbaycanın ŞƏT ilə münasibətlərinin inkişafı da bu siyasətin məntiqi davamıdır. Ölkəmizin coğrafi mövqeyi, iqtisadi potensialı, enerji və nəqliyyat imkanları, eləcə də müxtəlif regional platformalar arasında əlaqələndirici rol oynamaq qabiliyyəti Azərbaycanı böyük Avrasiya məkanında mühüm tərəfdaşa çevirir. Qarşılıqlı maraqlar əsasında bu əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, həm də Avrasiya məkanında daha sıx iqtisadi və siyasi bağlantıların formalaşmasına töhfə verə bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 199   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı"

"Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı deyib. Dövlətimizin başçıs

1 sentyabr
.

Prezident San Marinonun regent kapitanlarına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

3 sentyabr
.

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişlənir" - AÇIQLAMA

"Avqustun 31-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü öz işinə başlayıb. Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik etdiyi beynəlxalq toplantı "ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə" şüarı altında keçirilir. Qurumun 26-cı Zirvə görüşündə

1 sentyabr
.

İlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətini

2 sentyabr
.

Şahin Mustafayev iranlı nazirlə danışdı - Nələr müzakirə olundu?

İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında telefon danışığı olub. İRNA agentliyinə istinadən xəbər verir ki, bu barəd

6 sentyabr
.

İlham Əliyevdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla İdarə Heyətinin vəzifələri artırılıb. Belə ki, bundan sonra İdarə Heyəti artıq İdarənin işçilərinə əlav

2 sentyabr
.

"Azərbaycanın Avrasiyadakı rolu artmaqdadır" - AÇIQLAMA

25 illik yubileyi ərəfəsində Şanxay Əməkdaşlıq Təşkilatının hansı istiqamətdə inkişaf etdiyi yenidən dünya siyasətinin gündəminə gəlir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat yarandığı dövrdə əsasən sərhəd təhlükəsizliyi platforması kimi fəaliyyə

1 sentyabr
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

4 sentyabr
.

"Bişkek sammiti: Azərbaycanın fəal diplomatiyasının növbəti ünvanı" - DEPUTAT

"İlham Əliyevin ŞƏT Zirvə toplantısında iştirakı ölkəmiz üçün yeni siyasi və iqtisadi imkanlar yaradır. Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun daha bir göstəricis

2 sentyabr