ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır - DEPUTAT
"ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır. Odur ki, yalnız Şərq ölkələri deyil, əslində bütün Avrasiya ölkələri ŞƏT ilə münasibətlər qurmaq və əməkdaşlıq etməyə səy göstərirlər".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
"Qlobal əməkdaşlıq müstəvisində Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycanın da bu təşkilatda yer alması və çoxtərəfli əsasda fəal əməkdaşlıq siyasəti yürütməsi təbiidir və ölkəmizin iqtisadi inkişafı və siyasi münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan respublikaları ŞƏT-nin təsisçiləri sırasında yer alırlar. Bu Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərində olması Azərbaycan-ŞƏT əlaqələrini də daha yaxın, daha etibarlı və daha faydalı edir. Azərbaycanın ŞƏT çərçivəsində fəal əməkdaşlığı eyni zamanda TDT çərçivəsində müttəfiqi olduğu Mərkəzi Asiya dövlətləri ilə daha səmərəli işbirliyi yaratmağa və daha yüksək nəticələr əldə etməyə təkan verir".
Deputatın sözlərinə görə, bununla da, Azərbaycan və Mərkəzi Asiya türk dövlətləri TDT çərçivəsindəki müttəfiqlik münasibətlərini ŞƏT daxilindəki daha geniş formatlı əməkdaşlıqla daha da möhkəmləndirmiş olur:
"Son nəticədə bu həm TDT üzv dövlətlərinin hər birinin və həm də bütövlükdə təşkilatın beynəlxalq nüfuzunu və mövqeyini gücləndirir. Bu baxımdan Prezident İlham Əliyevin ŞƏT-lə əməkdaşlıq münasibətlərini Mərkəzi Asiyanın türk dövlətləri ilə müttəfiqlik münasibətləri platformasında birləşdirmək siyasəti unikal və TDT üçün olduqca səmərəli bir paradiqmadır. Bu kimi çoxtərəfli qarşılıqlı əməkdaşlıq modeli həm qloballaşmanın müasir trendlərinə uyğundur və həm də qlobal proseslər fonunda milli maraqların qorunmasını təmin edir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 601 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a
7 sentyabr 2021Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"
Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib
8 sentyabr 2021Zakir Həsənov Ərdoğanla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus
14 sentyabr 2021Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA
"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə
18 sentyabr 2021Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"
4 sentyabr 2021Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"
4 sentyabr 2021Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib
Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr
5 sentyabr 2021